Muxtar AUEZOV
(28.09.1897 – 27.06.1961)
Tutqun yay gecəsi idi. Ayın sanki əsrlərdən qalma kədəri torpağa çökmüşdü. Səma aydın görünürdü, hətta xırda buludlar belə yox idi. Qırmızımtıl, yaşıl, sarı… ulduzlar göyün üzündə sayrışırdı. Səma sanki zənlə yerə boylanır, nə isə gözləyirdi: elə bil ki yer indicə öz tamaşalarından birinə başlayacaqdı.

