Ana səhifə İCTİMAİ Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının yaradıcılıq gecəsi keçirilib – FOTOLAR

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının yaradıcılıq gecəsi keçirilib – FOTOLAR

Müəllif: Bizim Yazı
349 baxış

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, AYB İdarə heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalının 50 illik yubileyinə həsr olunmuş Yaradıcılıq Gecəsi keçirilib.

Bizimyazı.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuş, bu Mərkəzin və DGTYB-nin təşkilatçılığı və Türk dünyasının tanınmış aydınlarının, mötəbər qonaqların iştirakı ilə baş tutan tədbirin ssenari müəllifi və aparıcısı, İTV-nin “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu, rejissoru Faiq Nağı, bədii rəhbəri Fərahim Sadiq olub. İştirakçılar öncə şəhidlərimizin, qardaş Türkiyədə fevral ayında baş vermiş dəhşətli zəlzələdə həyatını itirmiş insanların ruhuna sayğı duruşuna qalxıb.

Böyük coşğu və anşlaqla keçən Yaradıcılıq gecəsi qədim ozan-aşıq gələnəyinə və epos təfəkkürünə uyğun olaraq yubilyarın “Divani”si ilə başlayıb. “Divani”ni Tovuz aşıq məktəbinin parlaq yeni nəsil nümayəndələri Elməddin Məmmədli və ŞəhriyarQaraxanlı ifa edib.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.