Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi çərçivəsində nəşr olunan eyniadlı kitabın növbəti təqdimat mərasimi Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində baş tutub.
DGTYB və GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihənin rəhbəri İntiqam Yaşar layihənin məqsədindən, gənc ədiblərin yaradıcılığına göstərilən diqqət və dəstəyin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə Azərbaycan ədəbi mühitində gənclərin daha yaxından tanınmasına və ədəbi irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tədbirin fəxri qonağı şair Ramiz Qusarçaylı, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, “Tərəqqi” medalı və “Şöhrət” ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü şair Ofelya Babayeva çıxış edərək layihənin əhəmiyyətindən, gənclərin ədəbiyyata marağının artırılmasının vacibliyindən söz açıblar.
Tədbirin fəxri qonağı, AYB Quba bölməsinin sədri Ramiz Qusarçaylı və gənc yazarlar kitabda yer alan yaradıcılıq nümunələrini səsləndiriblər.
Tədbirdə həmçinin GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin sədri Sevinc Qasımova, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan müavini, layihənin koordinatoru Ayşən Rəhim çıxış edərək layihənin həyata keçirilməsi prosesindən, görülən işlərdən və gələcək planlardan bəhs ediblər.
Təqdimat mərasimində DGTYB üzvləri – şairlər Elçin Mühərrəm, Nicat Hunalp, Ariz Alpsoy, Gözəl Az Ay, Azər Xalıqoğlu, Vasif Şükür, həmçinin digər ziyalılar Polad İbrahimoğlu, Aşıq Azər Fərmayıloğlu və Qulu Əlioğlu da iştirak ediblər. Kitabda yazıları yer alan müəlliflər şeirlərini səsləndiriblər.
Tədbir çərçivəsində həmçinin rəssam İsmayıl Cabbarovun rəhbərliyi ilə gənc rəssamların Türk dünyası ədəbiyyatı mövzusunda sərgisi nümayiş olunub.
Sonda müəlliflər kitab imzalayıb, ədəbiyyat haqqında fikir mübadiləsi aparılıb, layihədə yer alan müəlliflərə təltiflər təqdim edilib. Tədbirə xatirə fotolarının çəkilməsi ilə yekun vurulub.





mənsub olduğu nəsil şəcərəsi, doğulduğu mühit, yaşadığı həyat tərzi onda emosianal davranışlar formalaşdırmışdı. Əlbəttə bu sterotiplərin etimologiyasını, psixoloji köklərini araşdırmaq, yaratdığı komleksləri öyrənmək bir məqalə ilə mümkün deyil. Ancaq etiraf etməliyəm ki, yaşım artıqca Əmimin hadisələrə emosional münasibətini anlamağa başlayıram. Onun üçün ən ali davranış və ən yüksək mükafat babası Həsən bəyə layiq olmaq idi. Bəylik qüruru onun üçün çox böyük önəm daşıyırdı. Beş yaşımda məni məktəbin hazırlıq kursuna aparmasının indidə gözümün önündə canlanır. Biz otağına girdik Əmim məni gətirib adını bilmədiyim sarışın bir uşağın (Düdəngəli Əziz bəyin nəvəsi Rəşadın) yanında otuzdurdu və dedi bu Əziz bəyin nəvəsidir sənin kirvəndir onun yanında otur.Əmim bu davranışı ilə əslində həyatda kimin yanında olmaq kiminlə oturub-durmaq məsləsində ən böyük praktiki davranışı nümaiş etdirmiş oldu. Oxumağa hədsiz dərəcədə önəm verən bir şəxs idi. Kitablar iki yerə ayırırdı elmə aid olanları dərs kitabı bədii ədəbiyyatı isə eşq-məhbbət kitabı adlandırırdı. Əlində kitab görəndə soruşurdu nə kitab oxuyursan dərs yoxsa eşqi-məhəbbət? Əlbəttdə bədii ədəbiyyat oxusaq belə cürət edib ikinci kateqoriya kitab oxuduğumuzu deməzdik. Oxuyan adam gözünün işığı oxumuyanlar isə gözünün düşməni idi. Əmim heç vaxt heç kimə münasibətini gizlətməzdi. Hamı haqqında nə fikirləşirdisə çılpaqca üzünə deyirdi. Deyirlər yanlış üslüb doğru sözün cəlladıdır. Əmim də bir çox hallarda ictimai rəyi heçə sayaraq həqiqətləri özünəməxsus üslubda söyləməkdən çəkinmirdi. Əmim köhnə kişilərdən idi. O, yalan, riya bilməz, sözü üzə deyər verdiyi sözə əməl edərdi. İndi belə kişilərin sayı çox azalıb.Təəssüf…! Bu gün Əmimin doğulduğu gündür bu kiçik xatirə onun parlaq ruhuna ittihaf olunur.
Vəkilov Mustafa Əhməd bəy oğlu 31 dekabr 1934-ci ildə Dərələyəz mahalının Çivə kəndində anadan olub. Mənsub olduğu vəkilovlar nəsli Qazax-İrəvan-Şərur-Dərələyəz qəzalarında məskunlaşmaqla ərazidə böyük mülk sahibləri olmaqla Azərbaycan xalqına böyük şəxsiyyətlər bəxş etmişdir. M.Vəkilov Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı Həsənalı Sultan Vəkilovun ailəsindəndir. Araşdırmaçı alim Nazir Əhmədlinin, fransız əsilli rus səyyahı İvan İvanoviç Şopenin siyahıyalması əsasında hazırladığı “Dərələyəz mahalının kameral təsviri” adlı kitabından götürlmüş məlumata əsasən Şərur-Dərələyəz qəzasının onlarla kəndi o cümlədən Çivə, Axura, Yaycı, Yuxarı Danzik, Aşağı Danzik, Dostəlibəy Dizə, Həmzəli Dizə, Heşin, Ertiş, Kəllətağ, Havuş, Bəydərə, Mərətüz qışlağı kəndi, Qortun, Muğancıq kəndləri Vəkilovlara məxsus olmuşdur. Mustafa Vəkilovun mənsub olduğu ailənin şəxsi mülkləri Sovet hakmiyəti qurulduqdan sonra əllərindən alınıb kolxozun mülkiyyətinə qatılıb. Onlar babası Həsən bəy Vəkilovun meyvə saxlanan zirzəmisində məskunlaşmalı olublar. 1940-cı ilədək bəy ailəsi olduqları üçün ağır vergilər tətbiq edilməsinə baxmayara Çivədə kolxozda işləməyə buraxılmayıblar. Yalnız 1940-cı ildə Kolxoza işləməyə cəlb ediliblər. Mustafa Vəkilov kiçik yaşlarında Çivə kəndində kolxozda hodaxlıq (əkin sahəsində cütçü sürən şəxsin köməkçisi) edib, bir müddət fermada işləyib. Böyük qardaşı İsa Vəkilov və ortancıl qardaşı Musa ilə birlikdə bolşevik zülmündən qurtarmaq üçün Şərur rayonun Arbatan kəndində (bacıları Sidiqə xanım orada yaşayırmış) qaçaraq oradan İran üzərindən Türkiyə keçmək istəyiblər lakin alınmayıb.
İlk ibtidai təhsilini Çivə kəndində alıb. 1942/1947-ci ildə Çivədə 5-ci sinifi bitirib. 1951-ci ilin oktyabar ayında Şərur (Noraşın) dəmiryolu statnsiyasından yük vaqonları ilə birlikdə deportasiya edilərək əvvəlcə Yevlağ stansiyasına oradan sonra Bərdə rayonunun İmirli kəndinə gəliblar. 1951-1953-cü illərdə İmirlidə yaşayıblar. Yerli iqlimə uyğunlaşa bilmədikləri üçün 1953-cü ildə anası Şəhrəbanu Həsən bəy qızı Vəkilova ilə bilikdə yenidən Çivə kəndinə qayıdıb. Çivə kəndinə qayıtdıqdan sonra vaxtıilə qaldıqları evə yenidən yığışıblar. (Bu məsələdə kənd sakini Mikayıl Tənfəyev ona dəstək olub). Ermənilər həmin vaxtı köhnə evlərinin bir hissəsində arı saxlayırmışlar, bir müddətdən sonra arılar bal toplamaq üçün çıxanda ermənilərin məskunlaşdığı yeri bağlayıb erməniləri qoymayıb. 1955/1958-ci illərdə Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1959-cu ildə Şərur rayonun Danzik kəndindən olan Hüseynova Zeynəb Əli qızı ilə nigaha girib. 1968-ci ilə kimi təzyiqlərə baxmayaraq Çivə kəndində yaşayıblar. 1968-ci ildə böyük oğlu Əhməd Vəkilovu Çivə kəndində ibtidai sinifə qəbul etmədiklərinə görə yenidən Bərdə rayonunun İmirli kəndində köçüblər İmirli kəndində bir müddət dəyirmanı işlədib, qəssəblik edib. Kolxozun anbarında gözətçi kimi çalışıb.İkimininci illərdən Bakı şəhərinə köçüb. 25 may 2025-cü ildə Bakı şəhərində dünyasını dəyişib. Ruhu şad, məkanı cənnət olsun!



