Ana səhifə YENİLİKLƏR Ata Ömrü Mərasimdir

Ata Ömrü Mərasimdir

Müəllif: Bizim Yazı
312 baxış

Ocaq Günsırası (təqvimi) ilə 25 Ata Ayı, 34-cü ildə (sentyabr, 2012) Mütləqə İnam Ocağı “Ata Günü” Mərasimini həyata keçirir. Bu Mərasim Ocağın başqa tədbirlərindən fərqli olaraq ancaq Ocaq Evladlarının qatqısı ilə gerçəkləşir. Mərasim özündə konkret Ocaq məzmunu daşıyır. Bu məzmun Qurumun sınırları ilə məhdudlaşmır. Ona görə Asif Atanın yaş yubileyi keçirilmir, Ömrü, İşi, Dünyabaxışı öyrənilir və təqdim olunur. Ocaq hesab edir ki, bu “Gün” Azərbaycan və bütövlükdə türk etnosu üçün ruhani dəyərdir. Asif Atanın yaşadığı aqibəti, apardığı milli-ruhani mübarizəsi, ideyalarının bəşəri siqləti bunu deməyə əsas verir. Bu gün kürəsəlləşən dünyada istər Azərbaycanın, istər türk dünyasının hər bir gedişi əsasən özgələşmə – özünəyadlaşma xətti götürüb. Asif Ata 60-cı illərdən üzü bəri bu cür siyasi təmayüllərin əleyhinə özümləşmə – özünəqayıtma işi aparıb. Bu gün də Onun Ocağı bu işi davam etdirir. Bütövlükdə Asif Atanın işi, zəif inkişafla getsə də, o, milli-ruhani məsələlərdə heç vaxt güzəştə getmir. Hesab edirik ki,  ideoloji və ruhani uçurumlardan insanı bundan sonra yalnız Asif Atanın ideya sistemi qurtara bilər. İnsanlığa, bəşəriliyə zidd olan pulçuluğun basqılarına qarşı əsaslı şəkildə dirəniş göstərmək gərəkdir. Bu dirəniş Yeni Sivilizasiya gücü və tələbi ilə mümkündür. Belə bir yaxın, yaxud uzaq gələcək Asif Atanın Dünyabaxışı ilə oluşur. Bu işin zəruriliyini dərk eləmək gərəkdir. Vurğuladığımız məsələlər yalnız beş-üç Ocaqçı işi deyil. Milli mübarizənin hərəkətverici qaynağı, Azadlıq, Bütövlük, dünyada ruhani, siyasi yerini müəyyən eləmək Milli-İnsani Düşüncə sisteminin gücünə bağlıdır.
“Ata Günü” Mərasimi Asif Atanın davamçıları üçün və onların vasitəsiylə xalq üçün vurğuladığımız ideyaların anlamını anlatmağa çalışır…
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Təqdim elədi: Göylü Atalı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.