Ana səhifə YENİLİKLƏR Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi

Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi

Müəllif: Bizim Yazı
1. 025 baxış

Hökmdar-şair, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin “Dəhnamə” və “Nəsihətnamə” poemaları Azərbaycan Yazıçılar Birliyi “Şah İsmayıl” Komissiyasının təşəbbüsü ilə “Hədəf Nəşrləri” tərəfindən nəsr halında çap edilib.

… xəbər verir ki, əsəri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisləri Mehdi Şükürov və Arzu Əsədova nəsrə çevirib.

Sözügedən layihənin rəhbəri “Şah İsmayıl” Komissiyasının sədri, dosent Şəmil Sadiqdir.

Qeyd edək ki, kitabın rəyçiləri dosent Şəmil Sadiq, professor Aydın Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru Fikrət Əliyev, filologiya elmləri doktoru İslam Sadıqdır.

Səbuhi Şahmursoy və Nizami Hüseynovun redaktoru olduğu nəşr, əsasən, xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın ön sözünün müəllifi professor Xəlil Yusiflidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.