Ana səhifə YENİLİKLƏR Dünya Gənc Türk Yazarlar Birliyi Tovuz döyüşlərindən sənədli film çəkdi

Dünya Gənc Türk Yazarlar Birliyi Tovuz döyüşlərindən sənədli film çəkdi

Müəllif: Bizim Yazı
937 baxış

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır”  adlı layihə çərçivəsində sənədli film çəkilib.

Fondun maliyyə dəstəyi ilə çəkilən sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində Respublika sərhədlərimizin Tovuz istiqamətində  erməni silahli qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması və baş verən döyüşlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə düşmənə layiqli yerini göstərən şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs olunur.

Sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində baş vermiş Tovuz döyüşlərində şəhid olmuş qəhrəmanlarımız haqqında, həmin dövrdə xalqımızın göstərmiş olduğu birlik, bərabərlik haqqında geniş məlumat verilir.
Sənədli filmin layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, ssenari yazarı tanınmış şair-publisit Əkbər Qoşalı, rejissoru isə Rövşən Danyeridir.
Tanınmış hərbi ekspertlərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin fikirlərinin yer aldığı sənədli filmi təqdim edirik.

https://youtu.be/8EAows4Yzts

Dünya Gənc Türk Yazarlar Birliyi Mətbuat Xidməti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.