Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvi, Prezidentin Təqaüd Fondunun təqaüdçüsi Yusif Məhəmmədoğlu (Osmanlı) və “Yeni Avropa” qəzetinin məsləhətçisi Elxan Yaqubovun birgə yazmış olduqları, Xocalı soyqırımına həsr olunmuş “Torpaq qan ağlayır” adlı yeni kitab çap olunub.
Kitabda 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin, yerli ermənilər və 366-cı motoatıcı alayın iştirakı ilə törətdiyi vəhşiliklərdən, ümumiyyətlə Qarabağda baş verən facilərdən bəhs olunur.
Kitabın “önsöz” müəllifləri və məsləhətçiləri Azərbaycanda Atatürk Mərkəzinin müdiri prof.dr. Nizami Cəfərov və Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovdur.
208 səhifədən və bir neçə bölümdən oluşan kitab “Oğuz” nəşriyyatında nəfis tərtibatla işıq üzü görüb.
Yaxın günlərdə təqdimatı nəzərdə tutulan “Torpaq qan ağlayır”ın, gələcəkdə rus və ingilis dillərində nəşri də nəzərdə tutulub.
“Torpaq qan ağlayır”
əvvəlki yazı