Ana səhifə YENİLİKLƏR “Torpaq qan ağlayır”

“Torpaq qan ağlayır”

Müəllif: Bizim Yazı
572 baxış

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvi, Prezidentin Təqaüd Fondunun təqaüdçüsi Yusif Məhəmmədoğlu (Osmanlı) və “Yeni Avropa” qəzetinin məsləhətçisi Elxan Yaqubovun birgə yazmış olduqları, Xocalı soyqırımına həsr olunmuş “Torpaq qan ağlayır” adlı yeni kitab çap olunub.
Kitabda 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin, yerli ermənilər və 366-cı motoatıcı alayın iştirakı ilə törətdiyi vəhşiliklərdən, ümumiyyətlə Qarabağda baş verən facilərdən bəhs olunur.
Kitabın “önsöz” müəllifləri və məsləhətçiləri Azərbaycanda Atatürk Mərkəzinin müdiri prof.dr. Nizami Cəfərov və Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovdur.
208 səhifədən və bir neçə bölümdən oluşan kitab “Oğuz” nəşriyyatında nəfis tərtibatla işıq üzü görüb.
Yaxın günlərdə təqdimatı nəzərdə tutulan “Torpaq qan ağlayır”ın, gələcəkdə rus və ingilis dillərində nəşri də nəzərdə tutulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.