Ana səhifə BAŞ YAZI 14-cü ilin 2-ci ayının 3-cü günündə yazılan şeir…

14-cü ilin 2-ci ayının 3-cü günündə yazılan şeir…

Müəllif: Bizim Yazı
633 baxış

Rəfail Tağızadə

Kimsəsiz evlər

İlahi, bu evdə kim qalacaq, kim?
Bu evin yükünü kim qaldıracaq?
Bu evin havasın çəkib içinə
bu sönmüş ocağı kim yandıracaq?

 

Üşüyən sobada dərdli kösövlər
qırılan, yarımçıq ömür kimidi,
təzədən qucağa yığılan odun,
nədəki, bazarlıq kömür kimidi.

Sahibin axtaran bir qara xəyal
qulaq kəsilibdi yel sorağına…
dikib gözlərini qəriblər kimi
bağlı qapıların lal dodağına…

Yiyəsiz evlər də adam kimidi,
bir ev də beləcə yetim qalacaq…
isti nəfəslərə möhtac evlərin
bağlı qapıların torlar alacaq…

İlahi, bu evdə kim qalacaq, kim –
Bu sirlər  içində, bu ah içində?..
dərdi özü boyda nəm çəkən evlər
gümanlar içində, günah içində…
03.02.2014

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.