Ana səhifə KateqoriyasızƏDƏBİYYAT “Ala-toranlıqda rəqs” – HEKAYƏ

“Ala-toranlıqda rəqs” – HEKAYƏ

Müəllif: Bizim Yazı
244 baxış

Bizimyazi.az saytı Yeqzar Cəfərlinin “Ala-toranlıqda rəqs” hekayəsini təqdim edir…

“Ağlım kəsənnən bəri əlamətdərə şübhəynən yanaşmışam. Bir balaca böyüyən kimi olan qalan şübhəm də dəyişdi”– deyə başıaşağı halda torpağı çubuqla qarışdıran Zülmət donquldadı.

– “Görəsən, indi evsiz adamlar neynillər,” – Sevinc qəfildən Zülmətin donquldamasını yarıda saxladı.

Zülmət bir anlıq “Allah köməy olsun” – deyə sivişmək istədisə də, hiss etdi ki, alınmadı.

Zülmətin kimsəsiz uşaqlar mövzusundakı yeganə təsəllisi o uşaqların məsuliyyətindən özünü uzaq hiss etməsidi. Fəqət imkanı yetsə, əmin olun ki, kömək edər.

Körpə Dənizxan bir Zülmətə, bir Sevincə baxır, qışqırır, ağlayır, gülür. Ala-toranlıqda –bina işıqlarının öləzidiyi bir vaxtda evə getməmələrini balaca barmaqlarını sayaraq düşünür.

Zülmətlə Sevinc evdən gətirdikləri içi azuqə dolu torbaları özlərinə doğru çəkərək Dənizi yedizdirirlər. Xoş söz eşitməkdən ötrü sinov gedən, tərif eşidənkən isə özünü eşitməməzliyə vuran adamlar kimi Dəniz də bir qurtum su udan kimi üz-gözünü turşudaraq bayaqdan içməkdən ötrü ağladığı su bardağını balaca dodaqları ilə kərana itələyir.

Havada qəribə bir ilıqlıq vardı həmin gecə. Bir tərəfdən tikintinin göydə rəqs edən toz-tozanağı, zir-zibili, digər tərəfdənsə qarışıq it hürüşmələri Zülmətlə Sevincin söhbətlərinə qarışır. Kənardan baxsan, elə bilərsən ki, polyak radioları İkinci Dünya savaşını radio vasitəsilə elan edirlər.

Zülmət “əyər sənin qarşınnan bir qara pişik keçirsə, işlərivin düz gətirməyindən qorxma, çünki o pişik sadəcə yoldan keçir” – deyərək mənfi atmosferi dəyişməyə cəhd edir. Sevinc dodaqaltı gülümsəyir, Dəniz isə sifətini turşudaraq öz aləmində nəsə qırıldayır.

“Məncə bizim üsdümüzdə nəfs var” – Zülmət söhbətə davam edir.

Evə girər-girməz cütlük gözəl bir çay dəmləyir. Dəniz ətrafda gülüşə-gülüşə Sevinclə Zülməti hadisənin təsirindən ayırmağa çalışır. Şokolad doğrayarkən əlini azca kəsən Sevinc səssiz şəkildə kəsdiyi şokladı süfrəyə qoyur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.