Ana səhifə YAZILAR Yaradıcılığa, yaradıcılara sayğı ilə…

Yaradıcılığa, yaradıcılara sayğı ilə…

Müəllif: Bizim Yazı
850 baxış

Qardaşım Əkbər, Ürəyində Günəş olsun!
“Yazıçılar Birliyi”ndə “Türk dünyasında ədəbiyyat, ədəbiyyatda Türk dünyası” mövzusundakı məruzəni oxudum. Təbrik edirəm.
1) Bu böyük həcmli məruzədə nəzəri sistem yarada bilməyin deməyə əsas verir ki, çox ciddi ağıl işlətmisən. Fikri çatdırmaq üçün bir-birinə bağlanan və yenidən ilkin məqsədi vurğulaya bilən şöbələr yaratmısan. Bu da sənin ciddi əmək sərf eləməyinin və gərgin işləməyinin örnəyidir.2) Şöbələr bədiilikdən çox elmi xarakter daşıyır və çağdaş dönəmlə bağlı maraqlı bilgilər sərgiləyir.
3) Yaradıcılığa, yaradıcılara sayğı ilə müraciət etməyin sənətə münasibətdən daha çox türk ulusuna sevgiyin təzahürü kimi özünü göstərib.  Sənin ulusa olan sevgin məruzədəki ayrı-ayrı sitatlardan daha çox şey deyir. Mənim üçün bu keyfiyyət özü sənət örnəyidir.
Arzuladığım, ancaq alınmayan bir məqam:  Məncə, hədəflərin xırdalanıb, ona görə də təhlillərin istənilən dərinliyə çatmayıb. Hesab edirəm ki, ortaya qoyduğun ideyanı daha dərin işləmək imkanın var.

Sayğılarımla, Soylu Atalı

14 Şölə Ayı, 33-il. Atakənd.
(14 iyun, 2011. Bakı)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.