Ana səhifə İCTİMAİ V Məmməd Araz Poeziya Günləri başlayıb

V Məmməd Araz Poeziya Günləri başlayıb

Müəllif: Bizim Yazı
230 baxış

Məmməd Arazın anadan olmasının 90 illiyi ilə əlaqədar Birinci Fəxri xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, V Məmməd Araz Poeziya Günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və xalq şairinin ailə üzvləri və qohumları iştirak ediblər.

Universitetin tələbələri Məmməd Araz məzarı üstə şairin şeirlərindən və mahnılarından ibarət kompozisiya təqdim ediblər.

Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya Günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.

Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər.

Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.