Ana səhifə AŞIQ SƏNƏTİ Vəzifə stolundan uzağı görməyənlərə

Vəzifə stolundan uzağı görməyənlərə

Müəllif: Bizim Yazı
1. 067 baxış

Aşıq Aydın ÇOBANOĞLU

(1951-1993)

MƏNİM ÖMRÜM

Qafil, nədi bu dünyada əbədi? –
Ömür kimi hər şey gəldi-gedərdi.
Qananların dağlar qədər dözümü,
Qanmayanın nə kədəri, nə dərdi..?

 

İnsan oğlü çətinliyə düşüncə
Dayaq olar ağıl, zəka, düşüncə.
Sənin ömrün vəzifənin ömrüncə,
Mənim ömrüm sazın ömrü qədərdi.

Nə deyəsən bu qəflətdə yatana? –
Əməlindən çox çətin ki, utana.
Gözlərini şöhrət eşqi tutana
Çobanoğlu, nə söyləsən, hədərdi.
                                                    (1989)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.