Ana səhifə TÜRK DÜNYASI Türk Dünyası mediası TÜRKSOY-da…

Türk Dünyası mediası TÜRKSOY-da…

Müəllif: Bizim Yazı
132 baxış

Ötən həftə Türkiyənin paytaxtı Ankarada TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən elan edilmiş “2012 Mirzə Fətəli Axundzadə İli”nin açılışı və “3-cü TÜRKSOY Media Onur Mükafatları”nın təqdim edilməsi mərasimləri keçirildi. Baş redaktoru olduğum “Türküstan” qəzeti  TÜRKSOY-un sözügedən ödülünə layiq görüldüyü üçün mən də toplantılarda iştirak edirdim. Qurumun Mərkəzi Qərargahında keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Türk xalqlarının bir çox mədəniyyət insanını TÜRKSOY vasitəsilə tanıdığını xatırlatdı: “Bunda məqsədimiz eyni dili, mədəniyyəti, tarixi bölüşən xalqlarımızın bir-birinə daha da yaxınlaşmasıdır”. Kaseinov çıxışında Axundzadənin şəxsiyyətindən danışaraq dedi: “Türk dünyasının ilk dramaturqu olan Axundzadə, ən çətin sahələrin biriylə, komediya ilə cəmiyyətin işıqlanmasına, ana dilin gözəlləşdirilməsinə çalışmışdır. Qərbi Şərqə, Şərqi də Qərbə tanıtmışdır”.

Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 2012-ci ilin “Mirzə Fətəli Axundzadə ili” elan edilməsinə görə TÜRKSOY-a üzv ölkələrə təşəkkür etdi: “Mirzə Fətəli Axundzadə Azərbaycanın, türk dünyasının, eyni zamanda qoca Şərqin və bütün dünyanın elə nəhəng zəka, idrak sahibi, elə istedadlı yaradıcı şəxsdir ki, onun qoyduğu mədəni-mənəvi fəlsəfi problemlərin bir çoxunun cavabları hələ yüz illər bizdən irəlidədir və təbii ki, davamlı araşdırmalar, ciddi tədqiqatlar tələb edir. Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının dil, düşüncə, ümumən bir cəmiyyət olaraq formalaşmasında “Kitabi – Dədə Qorqud”un, dahi söz ustadı Nizami Gəncəvinin əsrlərlə davam edən təsir qüvvəsi XIX yüzillikdə Mirzə Fətəlinin elmi ədəbi təcrübəsi ilə tamamilə yeni bir məzmun kəsb etmişdir”.

Gürcistanlı nazir Nikoloz Rurua isə Axundzadəni Şərqin Molyèri kimi xarakterizə etdi.

Türkiyənin Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay Axundzadənin mədəniyyətimizdəki yerinə toxunaraq onun əlifba və ədəbiyyat sahəsində işlərini qeyd etdi.

Açılış nitqlərindən sonra Axundzadənin həyatı ilə bağlı qısa film nümayiş etdirildi.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası şöbəsinin müdiri Zaman Əsgərli və İzmir Ege Universiteti ədəbiyyat fakültəsi professoru Yavuz Akpınar Axundzadənin həyat və fəaliyyəti ilə baglı çıxışlar etdilər.

Sonra “3-cü TÜRKSOY Mətbuat Onur Ödülləri”nin təqdimetmə törəni keçildi. Media qurumları və təmsilçiləri Türk Dünyası mədəniyyətini, tarixini geniş işıqlandırdıqları üçün təltif edildilər.

Ödülləri TÜRKSOY Baş katibi D.Kaseinov, Azərbaycan Mədəniyyət və Turizm naziri Ə.Qarayev, Gürcüstan Mədəniyyət və Abidələri qoruma naziri Nikoloz Rurua, Türkiyə Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay və Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz, Kosovo Dövlət və Bələdiyyə idarəetməsi naziri Mahir Yağcılar təqdim etdi.

Ödülləndirilənlər:

Azərbaycan
Trend Agentliyi (Mükafatı agentliyin direktor müavini Elçin Hüseynov qəbul etdi)
Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru

Qazaxıstan
Eduard Jılkıbayev- “KAZAKİSTANKAYA PRAVDA” qəzetinin redaktoru
Irina Dynnıkova – “KAZİNFORM” agentliyinin Türkiyə təmsilçisi

Qırğızıstan
Ramiz Məşədihəsənli – “Altın köprü” dərgisinin baş redaktoru
Rustam Abdumanapov – “ORTA ASYA” tarix portalının qurucusu (www.kyrgyz.ru)

Türkiyə
Türk Müzik Birliyi (TMB TV)
Ayşen Gaye Makiniz – KANAL B proqram rəhbəri
Seyfullah Türksoy – “TÜRKSOY” və “İPEKYOLU” proqram rəhbəri
EKO-AVRASYA dərgisi
Əflatun Neimetzade – “İL” qəzetinin yazarı

Başkurdistan
Gülnaz Kutiyeva – “AGİDEL” dərgisinin redaktoru

Xakasiya
Olqa Karacakova –“ABAKAN” qəzetinin yazarı

Tatarıstan
Dmitri Pıvovarov – “EFIR TV”-nin aparıcısı

QKTC
Rasih Reşat – “HABERDAR” qəzetinin baş redaktoru
Mahmut İslamoğlu – araşdırmaçı yazar

Səfər çərçivəsində Türk Dünyasının müxtəlif yerlərindən gəlmiş media təmsilçiləri Ankara ilə yanaşı, Konya və Kayseri şəhərlərində də olaraq çoxsaylı görüşlər keçiriblər, tarixi yerləri ziyarət ediblər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.