Vətənpərvər ruhlu mahnıların mahir ifaçısı, hərbi telejurnalist Şəmistan Əlizamanlı sabah Ankaraya yola düşür.
Şəmistan Əlizamanlı Lent.az-a açıqlamasında deyib ki, o, Türkiyə Təhsil Nazirliyi tərəfindən mayın 4-də Ankarada keçiriləcək məzun buraxılışında iştirak etmək üçün dəvət edilib.
Mayın 4-ü türk cümhuriyyətlərindən gələn və Türkiyədə dövlət xətti ilə təhsil alan 2 min tələbənin buraxılış günüdür. Bu məzun buraxılışında ənənəvi olaraq, Türkiyə prezidenti, baş nazir, nazirlər və millət vəkilləri iştirak və çıxış edirlər. Böyük konsert proqramı, axşam isə ziyafət olur.
