Ana səhifə TÜRK DÜNYASI Türkiyə Təhsil Nazirliyindən Şəmistan Əlizamanlıya dəvət

Türkiyə Təhsil Nazirliyindən Şəmistan Əlizamanlıya dəvət

Müəllif: Bizim Yazı
698 baxış

Vətənpərvər ruhlu mahnıların mahir ifaçısı, hərbi telejurnalist Şəmistan Əlizamanlı sabah Ankaraya yola düşür.

Şəmistan Əlizamanlı Lent.az-a açıqlamasında deyib ki, o, Türkiyə Təhsil Nazirliyi tərəfindən mayın 4-də Ankarada keçiriləcək məzun buraxılışında iştirak etmək üçün dəvət edilib.

Mayın 4-ü türk cümhuriyyətlərindən gələn və Türkiyədə dövlət xətti ilə təhsil alan 2 min tələbənin buraxılış günüdür. Bu məzun buraxılışında ənənəvi olaraq, Türkiyə prezidenti, baş nazir, nazirlər və millət vəkilləri iştirak və çıxış edirlər. Böyük konsert proqramı, axşam isə ziyafət olur.

Azərbaycandan bir sənətçi kimi dəvət alan Şəmistan Əlizamanlı tədbirdə konsert proqramı ilə çıxış edəcək. Müğənni xüsusi repertuar da hazırlayıb: “Repertuarımdakı mahnılar əsasən, vətənpərvər mahnılardır. Konsert proqramına “Sizə salam gətirmişəm” mahnısını ifa etməklə başlayacağam. “Ana Yurdum”, “Azərbaycan-Türkiyə”, “Çırpınırdı Qara dəniz” mahnıları da ifa edəcəyəm. Axşam ziyafətdə də mahnı oxumağımı istəyiblər”.

Mayın 5-də isə Şəimstan Əlizamanlı TRT telekanalında çıxış edəcək.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.