Ana səhifə TÜRK DÜNYASI TƏRANƏ TURAN RƏHİMLİ ULUSLARARASI ƏDƏBİYYAT ŞÖLƏNİNDƏ

TƏRANƏ TURAN RƏHİMLİ ULUSLARARASI ƏDƏBİYYAT ŞÖLƏNİNDƏ

Müəllif: Bizim Yazı
1. 268 baxış

KİBATEK – 43

Ədəbiyyat həmişə ən böyük siyasət hesab olunub. XXI yüzildə – müharibələrin tüğyan etdiyi, bəşərTTR_ ob iyyətin amansız siyasi intriqalar, çəkişmələr məngənəsində sıxıldığı bir zamanda ədəbiyyat siyasətinə daha böyük ehtiyac duyulur. Uluslararası ədəbi tədbirlər yalnız millətlərin estetik zövq müxtəlifliyini təbliğ etmək üçün deyil, həm də dünyaya sülh, əmin-amanlıq ismarıcı vermək üçündür. 43-cü KİBATEK Uluslararası Ədəbiyyat Şöləni da bu cəhətdən ciddi önəm daşıyır. 1-4 dekabr 2017-ci il tarixində Türkiyənin İzmir, Manisa şəhərlərində gerçəkləşən Uluslararası Ədəbiyyat Şöləni dünya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.43-cü KİBATEK Uluslararası Ədəbiyyat Şöləni coğrafiyası 48 ölkəni əhatə edən Kıbrıs-İraq-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun bu günədək 23 dünya ölkəsində gerçəkləşdirdiyi, Avropa və Asiya ölkələrinin ən nüfuzlu yazıçı və alimlərinin təmsil olunduğu tədbirlərindən biri idi. İzmirdə Ege Universiteti, Bosniya-Hersoqovinya Baş Konsulluğu, Konak Bələdiyyəsi, Gürcüstan Konsulluğu, Manisada Celal Bayır Universiteti, Yunus Emre Bələdiyyəsi, Mak Göç Dərnəyi, Uluslararası Balkan və Türk İş Dünyası Dərnəyi kimi mötəbər qurumların dəstəyi ilə gerçəkləşən şöləndə Albaniya, Azərbaycan, Almaniya, Makedoniya, Bolqarıstan, Bosniya-Hersoqovinya, Hindistan, Yunanıstan, Gürcüstan, Rumıniya, Kosova və başqa ölkələrin şair və yazıçıları, alimləri iştirak edirdilər. Şöləndə ölkəmizi şair, ədəbiyyatşünas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru, DGTYB Məsləhət Şurasının üzvü Təranə Turan Rəhimli layiqincə təmsil etmişdir. TTR_ kibatek
1 dekabrda Böyük şəhər bələdiyyəsi Fuar İzmir Sənət Mədəniyyət Mərkəzində şölənin açılışında aparıcı Gülçin Balat açılış çıxışları üçün KİBATEK-in sədri Mevlut Kaplan, Bosna Hersoqovinya baş konsulu Ahmet Kamal Baysak, KİBATEK-in fəxri sədri Fəyyaz Sağlam, Ege Mədəniyyət Vəqfinin sədri Azra İlmeler, KİBATEK ümumi işlər üzrə katibi Güzin Oralkan, koordinatoru Leyla İşık, İzmir Mak Göç dərnəyi sədri İlhani Yıldız və başqa rəsmilərə, eləcə də müxtəlif ölkələrdən gələn qonaqlara – Zeynel Beksaç, Mümin Mümin, Təranə Turan Rəhimli, Melinda Botalic, Albania Tahiri, Hüsnü İşık, Makvala Kharebava, Mohd Hakim, Habibe Ahmetova, Ertuğrul Karakuş, Zeynep Hüseyin, Ayten Kodrazi, Mariami Qaprindaşvili, Selcuk Kürşad Koca və başqalarına söz verdi. Açılış sonrası kokteyldə türk xalqları ədəbiyyatının inkişafı üzrə yeni layihələr haqqında müzakirələr davam etdi. Şöləndə Bosniya Hersoqovinya və Azərbaycan ədəbi əlaqələrini gündəmə gətirən KİBATEK bu əlaqələri inkişaf etdirmək üçün protokol tərtib edərək layihəyə rəhbərliyi ədəbiyyatşünas tədqiqatçılara – Azərbaycanda dos. dr. Təranə Turan Rəhimliyə, Bosniya Hersoqovinyada Dr. Melinda Botalicə həvalə etdi. Şair-yazar, ədəbiyyatşünas Dos. Dr. Təranə Turan Rəhimli şölənin 13 nəfərlik elmi heyətinin üzvü kimi də şöləna töhfələrini verdi.
Şölənin ikinci günü Bosniya Hersoqovinya baş konsulluğunu ziyarətdə qonaqlar Ahmet Kemal Baysak bəyin Bosniya ədəbi-mədəni inkişafının tarixi haqqında dərin elmi məlumatlar aldılar. Selahattin Akçiçək Mədəniyyət Mərkəzinin salonunda İzmir Mak Göç dərnəyinin folklor qrupunun rəqslərindən sonra Uluslararası Şeir Şöləni başladı. Mümin Mümin (Batı Trakya /Yunanıstan), Melinda Botalic (Bosniya Hesoqovinya), Zeynel Beksaç, Aziz Serbest, Ayten Kodrazi (Kosova), Təranə Turan Rəhimli, Vüsalə Gülməmmədova (Azərbaycan), Nabibe Ahmetova (Bolqarıstan), Albania Tahiri (Albaniya), Hüsnü İşık (Almaniya), Zeynep Hüseyin, Merita Mustafa, Emal Hamza Şerif, (Makedoniya), Makvala Kharevaba, Mariami Qaprindaşvili (Gürcüstan), Mohd Hakim (Hindistan) və başqaları şeirlərini oxuyaraq poeziyasının çağdaş dönəmdəki nailiyyətləri haqqında dolğun təəssürat yaratdılar. Təranə Turan Rəhimli “Mən bu cahana sığmayan bir millətin şairiyəm”, “Bağışlama, ay Vətən”, Mənim tarixim (Batı trakya türklərinin dilindən), “Daş gözəlləməsi” kimi şeirləri şöləndə xüsusi rəğbətlə qarşılandı.
Şölənin üçüncü günü Manisadakı silsilə tədbirlərlə davam edti. Miniulliklərin yadiğarı “Ağlayan qaya” tarixi abidəsinə və Mevlevihane müzeyinə ekskursiya etdikdən sonra Yunus Əmrə Bələdiyyə başqanı Dr.Mehmet Çerçini ziyarət edən şair-yazarlar kitab imza saatında oxucularla görüşmüşlər. Manisada Celal Bayır Universiteti Süleyman Demirel Kültür Mərkəzində gerçəkləşən Uluslararası Balkanlar Türk Mədəniyyəti və Sənət şölənində Balkan və rumeli orkestrinin müşayiəti ilə Balkan rəqsləri, ezgileri, mahnıları, eləcə də burada səslənən şeirlər, bir-birindən dəyərli poetik incilər könüllərə nur səpmiş, dünyada sülh ideyasının gerçəkləşməsi yolunda incəsənətin, şeirin nə qədər önəmli vasitə olduğunu bir daha təsdiqləmişdir.TTR_ toplu
Şölənin son günü Ege universitetində keçirilən mötəbər elmi tədbirlə – “Balkanlarda türkcə və türk ədəbiyyatı çalıştayı” ilə yadda qalmış, Balkanlar filoloji elminə böyük töhfələr vermişdir. Albaniyada türkologiya və tərcümə məsələləri, Balkanlar və Türk dünyasında “Türkcəm” dərgisinin yeri, Hamdullah Suphinin Qaqauz ədəbiyyatına təsiri, Bosniyalı şair Musa Çazim və Türk şairləri, Makedoniyada türk mədəniyyəti, dili və ədəbiyyatı, Azərbaycan-Balkan türkləri ədəbi əlaqələri, Batı Trakyada türk dili, ədəbiyyatı və yunanca-türkcə tərcümə məsələləri, Bolqarıstan türkləri ədəbiyyatı, daşlarda əks olunan Balkan ədəbiyyatı, Çağdaş Kosova ədəbiyyatı kimi maraqlı mövzuları əhatə edən elmi araşdırmalar diqqətlə dinlənilib bəyənildi. Uluslararası elmi tədbirdə Dos.Dr.Təranə Turan Rəhimli Azərbaycan və Balkan ədəbi əlaqələrindən bəhs edərək diqqəti Bolqarıstan, Batı Trakya və Makedoniya ilə əlaqələr kontekstinə yönəltdi. Təranə Turan Rəhimli şölən günlərində bir sıra təltiflər – 43-cü Uluslararası Ədəbiyyat şöləninın fəxri fərmanı, Manisa Yunus Emre Uluslararası Şeir Şöleninin fəxri fərmanı və Ege Universitetinin fəxri fərmanını almışdır.
43-cü KİBATEK Uluslararası Ədəbiyyat Şöləni türk dünyası ədəbiyyatına və elminə yeni-yeni töhfələr verən silsilə tədbirlərlə yaddaşlara həkk olundu, dünyanı Türk söz sənətinin qüdrətinə və estetik gücünə bir daha inandırdı.

Himalay ƏNVƏROĞLU,
filologiya üzrə elmlər doktoru, professor

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.