Ana səhifə YENİLİKLƏR Şair Şahmar Əkbərzadə anılmışdır

Şair Şahmar Əkbərzadə anılmışdır

Müəllif: Bizim Yazı
678 baxış

Dekabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda mərhum şair Şahmar Əkbərzadənin 70 illik yubileyi qeyd olunmuşdur.
AYB-in katibi Rəşad Məcid bildirmişdir ki, ölümündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ş.Əkbərzadənin insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar duyğular bəxş edən poeziyası yenə də diridir, bizim müasirimizdir.
Şair Musa Yaqub isə Ş.Əkbərzadəni Azərbaycan ədəbiyyatının şəhidlərindən hesab etdiyini bildirmişdir.
Ş.Əkbərzadə ödülünün ilk laureatlarından olan şair Qulu Ağsəs onun, Xudu Məmmədov və bir neçə gün öncə vəfat etmiş Qədir Rüstəmovun “Qarabağ” sözünün sinonimlərinə çevrildiklərini bildirmişdir.
Tədbir çərçivəsində Şahmar Əkbərzadə adına ödülün yeni laureatlarının adları açıqlanmışdır. Bu il ödülə AYB-in mətbuat katibi Ədalət Əsgəroğlu, şair Kəmaləddin QədimMilli Məclisin deputatı, şair Musa Urud (Quliyev) layiq görülmüşlər.

 Qaynaq: AzərTAc

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.