Ana səhifə YENİLİKLƏR ŞAİQ VƏLİ HƏYATA VƏDA ETDİ… (- yenilənib)

ŞAİQ VƏLİ HƏYATA VƏDA ETDİ… (- yenilənib)

Müəllif: Bizim Yazı
84 baxış

Şair Şaiq Vəli bugün (06.02.2013), uzun sürən ağır xəstəlikdən sonra, Sumqayıt şəhərində, 62 yaşında vəfat edib.

Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax mahalının Yuxarı Əskipara kəndində doğulub. Şair ali təhsilini Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsində almış, bir müddət Rusiyada yaşamışdı.

Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmiş, onlardan biri Milli Ordu sıralarında həqiqi hərbi xidmətdəykən, biri isə avtomobil qəzasında həlak olub.

Şaiq Vəlinin şeirlər kitabı çap prosesindədir, – şair öz kitabını görmədən həyata vəda etdi… (Onun kitabının belə gec -62 yaşında çapa hazırlanması da, şeirə-sənətə sərt ölçülərlə yanaşmasından, kitab çıxarmağa tələsməməsindən qaynaqlanırdı. Belə ki, şairin ilk kitabı ötən yüzilliyin 80-ci illərində, “gənc şairin ilk kitabı” seriyasından çıxıb (- “Dünyanın sahili” adı ilə).)

Allah rəhmət eləsin!

(Mərhum şairimizlə vidalaşma mərasimi sabah (07.02.2013, saat 13:00) Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 54 ünvanında keçiriləcək.)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.