Ana səhifə YENİLİKLƏR SƏSİMİZ TURAN BOYU, SEVGIMIZ TURAN QƏDƏR…

SƏSİMİZ TURAN BOYU, SEVGIMIZ TURAN QƏDƏR…

Müəllif: Bizim Yazı
194 baxış

“Turana silahdan daha kəskin ulu qüvvət”imiz – “mədəniyyət”imiz bu gün də zənginləşməkdə, inkişaf etməkdədir. Bu qənaətə Dünya Gənc Türk Yazarlar BS...Birliyinin (DGTYB) bu il gün üzü görmüş “Bölgələrdən səslər-3” adlı kitabını oxuduqdan sonra gəlmək olur.

DGTYB mahiyyət və məqsəd etibarı ilə çox-çox dərin son dərəcə milli əhəmiyyət kəsb edən bir qurumdur. Dövləti ayaqda tutan əsas amilin vahid, güclü ideyanın olduğunu nəzərə alsaq Azərbaycan da ulu Turan ağacının bir qolu olaraq varlığını türkçülük, müasirlik və islamçılıq rişələrilə qidalandırır, ayaqda tutur.
DGYTB-nin üzərinə bu yönümdə ağır, eyni zamanda qürurverici məsuliyyət düşür. Birlik isə gərgin əməyin nəticəsi olaraq müxtəlif layihələr çərçivəsində dəyərli kitablar ərsəyə gətirir. “Bölgələrdən səslər-3” də DGYTB-nin növbəti uğurudur.
Azərbaycan daxilində fəaliyyəti o qədər də işıqlandırılmamış qələm sahiblərini bütün türk dünyasına tanıtmaq şansı yaradan bu kitabda 37 bölgənin qələmdaşları sözün işığında cəm olmuşlar. Bu yazarların hər birinin öz istedadı ilə kitab tərtibçilərinin diqqətini cəlb etdikləri məlum məsələdir. Bizi isə bir oxucu kimi Allahşükür Ağa (Saatlı), Azər Elşadoğlu (Masallı), Məlik Cahan (Lerik), Anar Gülümsoy (Kürdəmir), Aynur Vətənqızı (Xaçmaz), Zaur Sahib, Sərəstan Gur (Cəlilabad) və digər şairlərin bədii tapıntıları və səmimiyyəti cəlb etdi.
Nəsr səhifələrinin müəllifləri olan Cahandar Aybər (Ağcabədi), Tural Sahab (Gədəbəy), Aytac Məmmədli (Ucar), Amid İsmayıl (Astara) və Gülnarə Sadiq (Gəncə) önəmli mövzulara toxunublar. Bu yazarların hər biri İbrahim İlyaslı, Əkbər Qoşalı, Müşfiq Xan, İlham İsmixanoğlu kimi söz adamlarının “qələminin köynəyindən keçib” bu kitabda yer almağa layiq görülüblərsə, bunun özü artıq həmin müəlliflərin uğurudur.
Nədənsə, bu yazarlar mənə durna qatarını bənzədir: öz qanadlarında Turan adını, Turan sevgisini səmalarda dünyaya nümayiş etdirən bir qatar söz əsgərləri kimi…

Bəhrəsiylə kök öyünə,
budaq baxa kötüyünə…
Dərdimizi kökləməyə gətir
Türkün qopuzunu
gətir görək, dərd balası!
Qurd balası! (Anar Gülümsoy)

DGTYB-nin sıraları gündən-günə sıxlaşır. Bu sevindirici fakt birliyin məram və əməyinin eyni hədəf -türk dünyasının gücünə güc qatmaq yolunda göstərdikləri çabaların boşuna getmədiyini göstərir.
Tanrı Türkü Qorusun!
Tanrı Sözü Qorusun!

Aygun Yashar CEFER_ Smqyt

AYGÜN YAŞAR
Sumqayıt Poeziya Evi

You may also like

1 şərh

Nigar 2017-09-21 - 13:34

Sumqayitimizin fexrisiz Aygun xanim

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.