Home BAŞ YAZI Qubada bir şair haqqa qovuşdu…

Qubada bir şair haqqa qovuşdu…

by Bizim Yazı

“Ay işığı” Ədəbi Məclisinin başqanı şair Ramiz Qusarçaylının verdiyi bilgiyə görə, Quba ədəbi mühitinə ağır itki üz verib. – Dəyərli şair İzmirağa Töhmərli bugün dünyasını dəyişib. Mərhum şairin Tanrı rəhmətinə qovuşmasını diləyir, yaxınlarına, oxucularına və qələm yoldaşlarına başsağlığı veririk!

İzmirağa Töhmərlinin iki şeirini “BizimYAZI” oxucularına sunuruq:

 

 

Oynayırsan

Mizrab taqətdən düşüb,
Sim çalır, oynayırsan.
Sənin öz havan yoxdur
Kim çalır, oynayırsan.

… Nə deyim sənə qarşı,
Sevirəm zatən marşı…
Orkestr matəm marşı,-
Himn çalır, oynayırsan.

Fərqi yox rus, çex olsun,
Əl çalanın çox olsun,
Conson, Smit, Kox olsun…
Cim çalır, oynayırsan.

Sərsərisən, veyilsən,
Elə “Çalın!”_deyirsən,
Öz ağlında deyilsən,-
Cin çalır, oynayırsan…

Dünya xəritəsi

Bir vaxt nəhəng dövlət idik,
Oldu talan torpağımız.
Cənab Babək… Koroğlu bəy,
hanı qalan torpağımız?!.
Görən, BMT bilirmi? –
Dünya xəritəsi saxtadır.

Doymadı yerdən insanlar,
Nəfsi Aya, Marsa düşdü;
Pay-puş oldu Azərbaycan,
çox hissəsi farsa düşdü.
Dünya dağılmalı idi –
Haqq-ədalət, insaf varsa!..
Allah bizi möhtac etmə –
ermənin dostu farsa…

Təzə-tər dərə bilmədim,
gözüm solan güldə qaldı…
Samurdan sərhəd çəkdilər,
Dərbənd bizdən çöldə qaldı.
Canım Dərbənd, gözüm Dərbənd,
Dünya xər itəsi saxtadır!..

Dünya sökülür içindən
Qəmli-qəmli acı-acı,
Oyunlarda bir adətdir
“NATO” qardaş, “ATƏT” bacı,
Sökün bu dünyanı təzədən yığın
Dünya xəritəsi saxtadır…

 

You may also like

Leave a Comment