Ana səhifə YENİLİKLƏR “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb

“Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb

Müəllif: Bizim Yazı
729 baxış

 

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqənin qalibi olan Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təqdim olunmuş “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb. Təşkilatdan bildirilib ki, “Böyük Azərbaycan şairi Nizami Gəncəvi irsi, Nizamişünaslıq daha çox Sovet dövründə akademik səviyyədə tədqiqata cəlb edilib. Müstəqillik dövründə də geniş tədqiqat obyekti olan əsərləri daha çox orta və daha yuxarı yaş qrupuna daxil tədqiqatçıların akademik yanaşmalarının, elmi incələmələrinin istinad nöqtəsi kimi xarakterizə olunub. Bu da, təbii olaraq, daha geniş auditoriyalaraın, günümüzdə geniş oxucu kəsiminin, əsas etibarı ilə gənclər kəsiminin tam da diqqəti mərkəzində sayıla bilmir. Nizami Gəncəvi yaradıcılığı akademik-elmi yanaşmaların şəkilləndiyi, boy atdığı istiqamət üzrə və yaradıcılıq örnəklərinin yenidən mütaliəsi və müasir texnoloji yanaşmaların tələblərinə uyğun şəkildə səsləndirilməsi, tirajlanması baxımından həm ölkəmizdə, həm də Türk dünyasının digər ölkə və topluluqlarında gənclərin diqqətini çəkməlidir. Danılmaz faktdır ki, bütün dövrlərdə həqiqi Nizamişünaslar, Nizami Gəncəvi yaradıcılığının araşdırmaçıları, bu misilsiz dünya ədəbiyyatı şedevrinin aşiqləri olub, bütün bu sadlananlar əsas verir ki, NİZAMİ irsinə yenidən, daha dərindən, daha üfüqügeniş şəkildə yanaşılsın.” Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan araşdırmaçı yazarların məqalələrindən ibarət kitabın çap olunması, layihə ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur. Layihənin yekununda çap olunmuş kitabın geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.