Ana səhifə YENİLİKLƏR Müşfiq Xan 20 il öncə baş vermiş qətl olayının üstünü açdı…

Müşfiq Xan 20 il öncə baş vermiş qətl olayının üstünü açdı…

Müəllif: Bizim Yazı
971 baxış

– Yeni detektiv romanda…

“Sonuncu hədiyyə”də cərəyan edən olayın “qəhrəman”ı – qatil kimdir bəs?!

Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çağdaş ədəbiyyatı layihəsi çərçivəsində Müşfiq XANın “Sonuncu hədiyyə” adlı yeni detektiv romanı işıq üzü görüb. Bu, “Tənha canavar”, “Ünvansız sevgi” və “Ümidlərin izi ilə” əsərlərindən sonra müəllifin sayca dördüncü romanıdır.
Roman barədə danışan yazar deyib: “İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına “Sonuncu hədiyyə” adlı növbəti romanımı təqdim edirəm. Açılmayan qətl cinayətləri üzrə baş müstəntiq – Sato ləqəbli Saday Oğuzla son dərəcə qarışıq qətlin cinayət gizlininin açılmasına oxucular da tanıqlıq edəcək”.
Romanda olaylar bir-birini sevən iki gəncin qəfildən yoxa çıxması ilə başlayır. Qızın yandırılmış meyitinin tapılması cinayətin dəhşətli qətl olayı olduğunu ortaya çıxarır. Qatilin axtarışlarının səylə davam etdirilməsi xəfiyyənin iyirmi il öncə baş vermiş daha bir olayın üstünü açmasına səbəb olur. Qızın ailəsinin bu olaydan bilgisiz halda illərlə yaşamışdır. Olayın qızın qətli ilə bağlı olduğunu üzə çıxaran xəfiyyə qatili ələ keçirmək üçün onun hər addımını izləmək qərarına gəlir…

Detektivsevərlərin masaüstü kitablarından birinə çevriləcək bu kitabı nəfəs dərmədən oxumağa çalışacaqsınız. Bəs əsl qatil kimdir? Bunu isə ən sonda biləcəksiniz…
Roman detektiv həvəskarları üçün maraqlı olacaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.