Ana səhifə İCTİMAİ METODOLOGİYA “GENERAL”I VƏ YÜZLƏRLƏ ZİYALININ SEVİMLİ USTADI

METODOLOGİYA “GENERAL”I VƏ YÜZLƏRLƏ ZİYALININ SEVİMLİ USTADI

Müəllif: Bizim Yazı
328 baxış

İnsan sirlərlə və bilgilərlə dolu elə bir dünyadır ki, oxumaqla, öyrənməklə bitməz. İnsanlar haqqında maraqlı faktlar və məlumatların çoxundan xəbərsizik.

Haqqında danışacağımız Azad Baba oğlu Rəhimov da məhz belə işıqlı insanlardandır. Onu tanımağımız illər öncəyə söykənir. 2016 cı ildən Cənab prezidentimiz İlham Əliyev “Əhalinin özünəməşğulluğunun təmin olunması” proqramını təsdiq etdi. Bu gün minlərlə insana sevinc bəxş etmiş və biznesini qurmağa, rifah halının yaxşılaşmasına xidmət etmiş və etməkdə olan bu genişmiqyaslı layihənin əsas hissələrindən biri də biznes təlimlərin keçirilməsi oldu.

Min illərin qəhrəmanlığının ruhunu özündə yaşadan və təbliğ etməyə çalışan Azad Rəhimov haqqında yazmaq istəyirik. Hardan başlayaq və hardan köklənib bitirək fikirlərimizi deyə – düşüncələrə qərq oluruq… Bu adam haqqında məsuliyyətlilikdən yazaqmı, əqidədən yazaqmı, heysiyyətdən yazaqmı, səmimiyyətdən yazaqmı?..

Cənab prezidentimiz İlham Əliyevin sərəncamının icrasına uyğun olaraq vətənini canı-ürəkdən sevən Azad müəllim Beynəlxalq Əmək Təşkilatının ustad təlimçisi olaraq Respublikamızıın bölgələrində olan ən işıqlı insanları seçərək, 10 günlük biznes TOT-lara cəlb etməyə başlayır. İlkin müsahibə online (skype) vasitəsilə aparılır. Azad müəllim üçün hər rayondan 5-10 nəfər İTE və digər sahələrdə çalışan peşəkar təlimçilər təqdim olunur. Skype (online) vasitəsilə onlarla müsahibə etməyə başlayan ustad təlimçi elə seçim edir ki, bu gün o işıqlı insanlar respublikamızda biznes təlimçi olaraq sevilirlər.

Biz də bu təlimlərə seçilənlərdən olduq. Bundan öncə müxtəlif auditoriyalarda təlim keçməyimizə baxmayaraq, Azad müəllimin Biznes təlimləri tam fərqli və olduqca maraqlı metodologiya üzərində qurulmuşdur. 100 dən çox təlimçinin iştirak etdiyi bu təlimlər hər bir iştirakçı üçün xüsusi marağa səbəb olmuşdur. Təlimin son qiymətləndirilməsində öz ürək sözlərini ifadə edən şəxslər böyük sevinclə və məmnunluqla bir sıra fikirlər ifadə etdilər:

“Mən universitet illərimin bir ilində öyrəndiklərimi bu təlimdə 10 gündə öyrəndim”.

– “Nə xoşbəxtəm ki, bu təlimdə iştirak etdim”.

– “Bundan sonra biznesimi qurmağa və inkişaf etdirməyə böyük şans və bilik qazandım”.

– “Bu təlim məni çox təəccübləndirdi və sevindirdi” və s.

Respublikamızın iqtisadi keçid mərhələsinin sürətlə inkişaf etdiyi bu dönəmdə inkişaf etmiş ölkələrdə olan təcrübələrdən və nümunəvi reallıqdan danışırdıq hamımız. Ustad təlimçi Azad Baba oğlunun apardığı 10 günlük təlim bizə sanki həmin inkişaf etmiş ölkələrdə olan proseslərin vətənimizə gəlməsini hiss etdirməklə böyük sevinc hissi yaradırdı. Çox ciddi yanaşma, hamının reqlamentə əməl etməsi və böyük məsuliyyətlə təlimə qatılması artıq gələcəkdə baş verəcək proseslərə nə qədər məsuliyyətlə yanaşmaq hissini aşıladırdı bizə… Hər bir kəs gecəsini gündüzünə qataraq öz biznes ideyası ilə biznes planı təhvil vermək və müdafiə ertmək üçün çalışırdı. İştirakçı olan peşəkar təlimçilər hər təlimin sonunda“möhtəşəm”,“çox gözəl”, “mükəmməl” və s. bu kimi sözlərlə təlimin sonunda üzündə gülüş hissi ilə fikirlərini ifadə edirdilər. Adam sanki yorğunluğunu unudurdu. Sözün həqiqi mənasında möhtəşəm bir metodologiya idi Azad müəllimin metodologiyası…

Bir fürsətdir ömür gün,

Getdisə daha gəlməz.

Heç bir şeyin qiyməti,

İnsandan baha gəlməz.

 

Yüz-yüz sual bitirsən,

Yüz yüz cavab yetirsən.

Nəyi izah edirsən,

İnsan izaha gəlməz.

Yaşadığı ömründə dövlətinə məvacibsiz xidmət edən, sahibkarlığa töhfə verən adamdır Azad müəllim… İnsanlar bir sahədə müdafiə edərəkprofessor, alim adı alırlar. Bu adamın etdiyi xidməti, işi, məsuliyyəti görəndə alim, professor, general deyə düşünürsən…

Azad müəllim praqmatik bacarığa malik olmaqla yanaşı, şəxsiyyətyönümlü metodologiyanın pik həddində yanaşmalar göstərərək bir ziyalı kontingenti qurur. Elə bir kollektiv ki, respublikamızın hər bir bölgəsində işıq saça bilir…

Dövlət başçımızın əhalimizin sahibkarlığa yiyələnməsi məqsədinə, məramına bütün gücünü sərf etməklə xidmət edir Azad müəllim…

Qəhrəmanlıq təkcə silahla vuruşmaqla olmur. Hər bir sahədə qəhrəmanlıq mövcuddur. Azad müəllim 2016-cı ildən metodologiyada innovativ bacarıqların inkişaf etdirilməsini tətbiq etdi – vətəndaşımızın biznes qurması üçün… Metodologiyada yenilikləri tətbiq etmək üçün vətənin ən keyfiyyətli ziyalılarını seçərək estafeti onlara verdi. Məhz general deməyimiz bu baxımdan məntiqi polad təfəkkürə əsaslanır Azad müəllimin adına…

Dövlətini, Ali Baş Komandanını, türk dünyasını ruhu, varlığı ilə sevən Azad müəllimin qeyd etdiyimiz bu meyarlarsız heç bir təlimi də olmayıb… Həmişə ustad təlimçinin aurasında vətən və vətəndaşa böyük sevgi sezilib…

Generallar kimlər olurlar? Vətənini təmənnasız sevənlər. Nə yaxşı ki, xalqımızın genetikasında belə şəxsiyyətlər var.

Nə yaxşı ki, xalqımızın min illərin ruhunu daşıyan və özündə ehtiva edən liderləri var.

Qarabağımız azad olundu. İnfrastruktur sürətlə qurulur. Biznesin davamlı inkişafı üçün biznes təlimlərin keçirilməsi və effektivliyinə nəzarət olunması əsas şərt kimi ortaya çıxır. Bu yolda Azad müəllimə və onun komandasına uğurlar arzulayırıq!

Müasir yaşamımızda bizə sevinc yaşadan Ali Baş Komandanımıza eşq olsun ki, işıqlı ziyalılarımıza hər sahədə şarait yaradır!..

 

Mehman Əliyev,

Beynəlxalq Əmək Təşkilatının təlimçisi

Ceyhun Ağabəy

Beynəlxalq Əmək Təşkilatının təlimçisi

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.