Ana səhifə İCTİMAİ “Ümumilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı fotosərgi təşkil olunub

“Ümumilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı fotosərgi təşkil olunub

Müəllif: Bizim Yazı
331 baxış

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Ümumilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı fotosərgi təşkil olunmuşdur. 22 may 2023-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində sərginin açılışı olub. Sərgidə rayon Mədəniyyət Mərkəzinin səlahiyyətli nümayəndəsi, Rayon Mədəniyyət Mərkəzi ,Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon Komitəsi, Gədəbəy MKS , Slavyanka kənd Uşaq Musiqi Məktəbi, Gədəbəy Aşıq Məktəbi və rayon Uşaq İncəsənət Məktəbinin əməkdaşları iştirak edib. Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevər Tağıyeva fotoşəkillərlə bağlı sərgi iştirakçılarına ətraflı məlumat verib. Sərgi 8 gün müddətində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində nümayiş olunacaqdır.

Bizimyazi.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.