Ana səhifə YENİLİKLƏR “Markesin “Qaçırılma” romanı Azərbaycanda nəşr edildi

“Markesin “Qaçırılma” romanı Azərbaycanda nəşr edildi

Müəllif: Bizim Yazı
908 baxış

“Qanun” Nəşriyyat Evi Qabriel Qarisa Markesin “Qaçırılma” romanını nəşr edib. Bu əsər nədən bəhs edir?

Kolumbiya, narkotik qaçaqmalçılığı və Pablo Eskobar. Bu üç söz ötən əsrin 80-90-cı illərində dünyanın başağrısına səbəb idi. Yüzillik daxili müharibələrdən, üsyançı-partizanlardan qurtulub davamlı sülhə qovuşa bilməyən bir ölkədə bir qrup jurnalistin qaçırılmasından bəhs edən bu kitabda yenə də həmin üç söz ilk sırada durur. Savaşın bir an belə göz yummadığı, kimin məsum, kimin müqəssir olması anlaşılmayan, hər kəsin öz ədaləti və meyar tərəzisi olduğu məmləkətdə, əlbəttə, bir insanın qətli, qaçırılması, yaxud itkin düşməsi sıradan bir hadisədir. Amma bu əsərin qəhrəmanları birləşərək param-parça olmuş cəmiyyətin böyük hissəsini, haqq mövqeyində durmağa məcbur edə bilib.

“Qaçırılma”nın Türkiyə türkcəsindən Azərbaycancaya uyğunlaşdıran Əziz Rzazadə, redaktoru Elçin Zahiroğludur.

//Modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.