Ana səhifə BAŞ YAZI Mənə bir şeir yaz, şair

Mənə bir şeir yaz, şair

Müəllif: Bizim Yazı
119 baxış

Mənə bir şeir yaz, şair,
adını da belə qoy:
Heç vaxt sevmədiyim,
amma bir ömür məni qarşılıqsız sevən qadına” –
Bir ömür bu eşqin odunda yanan,
bir dəfə yanğısını, ağrısını hiss etmədiyim,
gözümün önünüdə yana-yana kül olan qadına,
yaz…
Mənə bir şeyr yaz, şair.
Yaz – həyatının dəqiqələrini, saatlarını, aylarını
mənim minəcəyim qatarın dayanacağında gözləməklə keçirən qadına.
Gecələr mənlə bağlı xəyallarını, həsrətini
ürəyindən gözlərinə axıdıb
ərinin yastığını isladan qadına
Mənə şer yaz, şair:
Yaz – oğluna mənim adımı qoyub,
hər dəfə onu bağrına basanda, oxşayanda məni düşünən qadına.
Gözlərini yumub, ərini məni öpürcəsinə dəlicə öpən qadına
Başqa qadınlara yazdığım şerləri özünə yazılıbmış kimi oxuyub
özünü aldadan qadına,
yaz, şair
Mənə şer yaz, şair, sevməsən də yaz.
Yaz ki, bu şeiri mənim şer kitablarımdakı şəklimi
ərindən gizli öpən qadına
yazmışam.
Gəncliyini mənim həsrətimlə tökdüyü göz yaşlarının yuyub apardığı,
amma içindəki sevgisinin heç zaman azalmadığı qadına…
İnsafın olsun, şair,
axı mən sənin bir baxışına, bir gülüşünə şerlər qoşduğun qadınlardan çirkin deyiləm.
Ömrümə beş gün qalıb, mənə bir şer yaz, şair,
insafın olsun.
Bu dünyanı bilmədiyimiz kimi, o dünyanın işini də bilmək olmaz.
Bəlkə orda heç rastlaşmadıq.
Mənə bir şeir yaz, şair,
adını da belə qoy:
Heç  vaxt sevmədiyim,
amma bir ömür məni qarşılıqsız sevən qadına” –
Bir ömür bu eşqin odunda yanan,
bir dəfə yanğısını hiss etmədiyim,
gözümün önünüdə yana-yana kül olan qadına
Deyəcəm başdaşıma belə yazsınlar
“bir ömür sevən və heç vaxt sevilməyən qadın!”
İmza: naməlum şair

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.