Ana səhifə YENİLİKLƏR KAZANDA ULUSLARARASI ŞEİR ŞÖLƏNİ KEÇİRİLƏCƏK

KAZANDA ULUSLARARASI ŞEİR ŞÖLƏNİ KEÇİRİLƏCƏK

Müəllif: Bizim Yazı
876 baxış

İlki 1992-ci ildə Bursada, daha sonra Alma-Ata (Kazakistan), Aşqabad (Türkmənistan), Girnə (QKTC), Strasburq (Fransa), Ağməscid (Simferopol – Kırım), Üsküp (Makedoniya), Bakı (Azərbaycan), Prizren (Kosova) və Bişkəkdə (Qırğızıstan) gerçəkləşdirilən “Türkcənin Uluslararası Şeir Şöləni”nin 11-cisi Tatarıstanın paytaxtı Kazanda keçiriləcəkdir.
11-cisi 01-04 oktyabr 2015 tarixləri arasında icra ediləcək Şölənə, gələnəksəl olaraq, bütün Türk Dünyasından və diğər ölkələrdən türkcə yazan şairlər dəvət edilməkdədir.
Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən düzənlənən “Türkcənin Uluslararası Şeir Şöləni”nin 11-cisinə TYB Başqanı Prof. Dr. Hicabi Kırlangıçın imzası ilə Azərbaycan Respublikasından da (həmişə olduğu kimi) şairlər dəvət olunub.
Prof. Dr. Brontoi Bedyurov (Altay), Muraddin ÖLMEZOV (Qaraçay-Malkar), Atacan Tagan (Türkmənistan), Əməl Qaya (QKTC), Oktay Taftalı (Avstirya), Gülnihal Ölçüm (Almaniya), Zəkiyə Doğan (Hollandiya), Dauren Kassenov (Qazaxıstan), Azam Abidov (Özbəkistan), Timur Davletov (Xakasiya), Çulpan Zarip Çətinin, eləcə də, Türkiyə Yazarlar Birliyinin, Tatarıstan Yazıçılar Birliyinin rəhbər heyətlərinin və fəal üzvlərinin qatılacağı XI Şöləndə, respublikamızı şair-publisistlər – Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının (DGTYB GƏNƏŞi) başqanı Əkbər Qoşalı və “AXAR.AZ”ın əməkdaşı Faiq Balabəyli təmsil edərkən, Borçalı və Güney Azərbaycanı təmsilən də soydaşlarımız qatılacaqdır.
Beləliklə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, QKTC, Tatarıstan, Saxa-Yakutiya, Başqurdistan, Xakasiya, Kırım, Qaraqalpaqıstan, Altay, Dağlıq Altay, Dağıstan (Nogay, Qaraçay-Malkar, Kumuk), Qaqauziya, Güney Azərbaycan, habelə Almaniya, Avstriya, Hollandiya, Gürcüstan kimi ölkə, muxtar ölkə, bölgə və topluluqlardan toplam 200-ə yaxın şair, ədəbiyyat bilimçisi, ssenarist və jurnalistin qatılacağı şölən öz miqyası və gündəliyi ilə diqqəti cəlb edir. Şölənin proqramında təntənəli açılış, Kazanın gəzməli-görməli yerlərinə ziyarətlər, rəsmi qəbullar, nümayəndələrin müxtəlif ədəbi mövzular ətrafında müzakirələrdə iştirakı, habelə poeziya axşamlarının keçirlməsi və təltiflər nəzərdə tutulub.

(Daha ətraflı bilgi üçün bax: //www.tyb.org.tr/turkcenin-11-uluslararasi-siir-soleni-kazanda-yapilacak-21932h.htm)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.