Home İCTİMAİ Getməyəcək xatirələrdən səma qoxusu – Mənsur şeir

Getməyəcək xatirələrdən səma qoxusu – Mənsur şeir

by

Höküməyə…

Səmada… Dünyanın ən saf nöqtəsində… Duyğular titrəyəndə… Bulud sürüsü əbədiyyətə qaçışdıqca böyük quşun qanadları titrəməyə başladı.
Nazik ipin üzərindəki həqiqət üzülməmiş süpürüldü keçmişin həzin yoxluğu gələcəyin mavi heçliyinə. Bəlkə də, haçansa, bəlkə də, heç vaxt getməyəcək xatirələrdən səma qoxusu. O gün buludlardan ölümə meydan oxuyan mələyin sədaları yağdı.
Bir də heç nə əvvəlki kimi olmayacaq
“Hər şey yaxşı olacaq”…

Yeqzar Cəfərli

You may also like

Leave a Comment