Gənc şair Aysel Xanlarqızı Səfərlinin “Qanun” nəşriyyatında “Karantin boşluğu” adlı yeni şeirlər kitabı gün üzü görüb.
Bizim Yazı xəbər verir ki, kitabın ön söz müəllifi xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, redaktoru AYB-nin üzvü, şair Süleyman Abdulla, korrektoru isə Əyyar Tahirovdır.
Kitabda müəllifin son dövrlərdə yazdığı şeirlər yer alıb.
“Karantin boşluğu” kitabı Aysel Səfərlinin oxucularla 3-cü görüşüdür.