Ana səhifə SÖYLƏŞİLƏR “Füzulinin dəfn olunduğu yerə qədər getmişəm

“Füzulinin dəfn olunduğu yerə qədər getmişəm

Müəllif: Bizim Yazı
336 baxış

…nə vaxtsa ruhunun getdiyi yerə də gedərik yəqin…”

“Beşmərtəbə” layihəsinin növbəti qonağı yazıçı-publisist Əkbər Qoşalıdır.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini…
– Bəzən “hə”, bəzən “yox”. – Duruma, ovqata görə dəyişir – əslində sürətini deyil, illərin özünü dəyişmək istərdim – mümkün olsaydı…
2. Çevrənizi…
– Hə. Bir xeyli…
3. Adınızı…
– Yox. Çünki bu adın qoyulmasının özəl, deyərdim, mistik nədənləri olub.

4. Yaşınızı…
– Yox. Hələ bir “40” dolsun, sonrasına baxarıq…
5. Bədəninizi…
– Yox. Necə deyərlər, qoy bu “yox” üsül gərəyi “yox” olsun…

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə…
– Hə. Umarım, türkcə (göytürkcə) anlaşarıq onlarla…
2. İlk sevginizlə (ilk sevdiyinizlə)…
– Yox. Yenə “üsul gərəyi” gərəkçəsi ilə…
3. Məhəmməd Füzuli ilə…
– Hə. Mən 2010-cu ildə düz Füzulinin dəfn olunduğu yerə qədər getmişəm, nə vaxtsa ruhunun getdiyi yerə də gedərik yəqin…
4. Vanqa nənə ilə…
– Yox. Onunla işim yoxdur…
5. İlk insan olan Adəmlə…
– Yox. Yenə Həvva ilə ikisi bir yerdə olsa, bəlkə söhbət alına, tək nə danışacağıq – (Tanrı günaha yazmasın!)?.

Darıxırsınızmı?

1. Uşaqlığınız üçün…
– Yox. Yalnız bəzi məqamlar üçün sövq-təbii darıxmağımı çıxmaq şərti ilə…
2. Uzaq bir yer üçün…
– Hə. Hərçənd buna parlaq bir yorum verə bilmirəm…
3. Dünyasını dəyişmiş kimsədən ötrü…
– Hə. Şair Hamlet Kazımoğlundan və müəyyən nədənlər üzündən adını çəkmədiyim başqa birindən ötrü…
4. Gələcəyi gözləməkdən…
– Hə. Olur belə hallar…
5. Bəzən səbəbsiz…
– Hə. İnsanlıq halı, iştə (Anadolulular demiş)…

Oxuya bilirsinizmi?

1. Hər gün kitab…
– Hə. Demək olar, hər gün olmasa da, “hər gün” ölçüsünə yaxın…
2. Hər səhər qəzet…
– Hə. Qəzet çıxan günlər.
3. Elektron material…
– Hə. Hətta bu sahədə həddi bir az aşıram bəlkə…
4. Mahnı…
– Yox. Bacarmıram, elə-belə… yeri gələndə özümçün zümzümə etsəm demirəm…
5. İnsanları üzündən…
– Hə. Yorumsuz…

İnanırsınızmı?

1. Sevdiyinizə yüz faiz…
– Hə. Daha doğrusu, “100 faiz inam” Tanrıyadı, ən əziz bəndələrə də “100”dən bir az aşağı, deyəlim…
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə…
– Yox. Təəsüf ki… hərçənd inanmağı çox istərdim.
3. Allaha…
– Hə! Niyəsiz, necəsiz…ağzında Allah deyirsən…
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə…
– Yox. Sadə insan olsam da, sadəlöhv deyiləm də ondan…
5. “Siz hamıdan yaxşı adamsınız” sözünə…
– Yox. Yaxşı adamam, bu yaxşılığın hamıdan yaxşı olduğunu iddia etməyəcək qədər yaxşı…

Publika.Az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.