Ana səhifə BAŞ YAZI Faiq Balabəylidən qutlama yazısı:

Faiq Balabəylidən qutlama yazısı:

Müəllif: Bizim Yazı
566 baxış

ELÇİN İSGƏNDƏRZADƏ – 50

Elçin İsgəndərzadə ömrünün 50-ci səhifəsini qatladı. Heç bu yaşı ona vermək olmaz. Maşallah 30 yaşlı gəncdir elə bil. Amma fakt qarşısında acizik və şair qardaşımızın yarım əsrlik ömür yolu keçməsini həm qəbul edir, həm də təbrik edirəm!
Digər tərəfdən də fikirləşirəm ki, Elçin bəlkə bizi aldadır? Axı 50 ilə 200 ilə sığa biləcək nailiyyətləri necə əldə etmək olar? O, həm şairdi, həm də dünya şıhrətli alim. Yüzlərlə elmi məqalələri, monoqrofiyaları var. alim kimi etdikləri ixtiralar bir inistitun əldə etdiyi uğurlarla tən yarıdır. Kitablarının sayı da kifayət qədərdi. Professordu. bir çox dövlətlərin elm ocaqlarının fəxri adlarını, diplomlarını alıb. Şair kimi isə bənzərsiz bir insandır…
Insan kimi, dost kimi isə daha dəyərlidir. Onunla bağlı günlərlə danışmaq, saatlarla yazmaq olar. Xatirələrim o qədər çoxdur ki…
Arada Azərbaycana da gəlir. Yox, mübaliğəsiz deyirəm. ömrünün yarısı uçaqlarda, xarici ölkələrdə, elmi konfranslarda, ədəbiyyat məclislərində keçir. Azərbaycana hər gəlişində fürsət tapıb görüşürük. Elə dostlarından danışır. Özü ilə yazarlarımızın xaricə apardığı əsərlərinin getdiyi ölkədə dərc etdirdiyi qəzet və jurnalları göstərir. Təkbaşına az qala bir yaradıcılıq təşkilatının gördüyü işləri görür, yorulmur. Ona bu enerjini Allah ona görə verib ki bu işləri görə bilsin. O, təkcə özü üçün yaşamır. Dövlətimiz, ədəbiyyatımız naminə bacardığını edir.
Təkrar olsa da deyim: O, gözəl insandır. Xarakteri olan şəxsiyyətdir. Böyük alim, sevilən və oxunan şairdir. Publisistikası, nəsri, çevirmələri ilə də sayılan, seçilən, seviləndir. Ailə başçısı kimi, qonşu kimi də həmişə nümunə göstərilir.
Onun 50 yaşının tamamında haqqında yazmaq istəyirəm. Fikirləşirəm, şairimizin hansı keyfiyyətlərinə toxunum? Dost canlıdır. O, mənim ən yaxın dostlarımdandır. İndi haqq dünyasında olan atası Barat dayı da aramızda olan yaş fərqinə baxmayaraq ən yaxın dostum idi. Uzun söhbətlərim olardı. Həmişə mənə, səni Elçindən ayırmıram, deyərdi. Sonrada gördüm ki, elə Elçin də məni öz ocağına məhrəm bilir. Balalrı əmi deyir, balalarım onu əmi çağırır.
Elçini narahat vaxtlarımda, büdrədiyim zamanlarda həmişə yanımda gördüm. 1, 2 illik həbsxana həyatımda məni bir anda tək qoymadı. Xanımı Afət bacım əsl qadın həmrəyliyi göstərib xanımımın bacısı, uşaqlarımın xalası, bibisi oldu. Özü isə Vasif Süleymanla birgə 10 saylı CÇM-nin yoluna yeni cığır saldı. Tez-tez yanıma gəlirdilər. Xahişimlə Cəza evinə 500 dən artıq kitab gətirdi. Orada – içəridə yazdığım şeirləri oxuyub, bunlara görə səni həbs etməyə dəyərmiş, zarafatını da etdi. Soyuq bir qış günü yenə də Vasiflə görüşümə gəlmişdi. Ayrıca isti otağımı, mənə yaradılan şəraiti görüb, yox, Vasif şəhərdə qaz yoxdur, bunun hücrəsində istidən tər gedir adamdan, gəlsənə yerimizi dəyişək, – deyib şuxluq yaratdı.
Bu şeiri isə hələ Bayıl türməsində təqsirləndirilən şəxs kimi saxlanılarkən yazmışdım. Yuxuma gəlmişdi. Xaricdəyəm, dedi. Eşitdim çox pis oldum. Səndən çox narahatam, Qarabağdan narahat olduğum qədər. Qarabağ erməni dustağı, sənsə burada dustaq. Heç birinizi görə bilmirəm…
Yuxudan ayıldım. Bu şeiri yazdım və içəridən çölə – Vasif Süleymana göndərdim. Eləcə yazmışdım ki, şeir dostum professor Elçin İsgəndərzadəyə həsr olunub.
Böyük insanın, professor Elçin İsgəndərzadənin 50 yaşı tamam olur. Çox yaşasın, deyərək onu təbrik edirəm. O qədər çox yaşasın ki özü öz ömründən bezməsin. Bizlər, onun oxucuları ondan heç vaxt bezmərik.

Bilmirəm
(Elçin İsgəndərzadəyə ithaf)

Nə vaxt tanımışam səni, nə bilim
Nə vaxt tanımısan məni, bilmirəm.
Sənin şeirindəki yetim sevincdən
Mən necə ayırım qəmi, bilmirəm.
İçində o boyda dərd gəzdirirsən
Nə olsun bu qədər mərd gəzdirirsən,
Gözündən oxunur, pərt gəzdirirsən
Dumanı, çiskini, çəni, – bilmirəm!?
Sənsiz o dağlada yağan qara bax,
Çeşidlə dərdini, dəjdə, dara, – bax.
Bizi qara günə qoyan Qarabağ
Qarabəxt eləyib səni- bilmirəm?!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.