Ana səhifə YENİLİKLƏR “Fəlsəfənin Təməli”

“Fəlsəfənin Təməli”

Müəllif: Bizim Yazı
42 baxış

Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışını əhatə edən əsərlərin bir arada toplandığı “On Kutsal Bitik”in  dördüncü cildi – “Fəlsəfənin Təməli” işıq üzü görüb (Bakı, “Qanun”, 2012, 232 səhifə).
“Fəlsəfənin Təməli” Asif Atanın iki Kitabı özündə birləşdirir: “İnam Fəlsəfəsi” və “Təməl”.
Cilddə yaradıcısının adıyla “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası”, ulusal kimliyinə görə “Türk Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyası yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.
Kitabı nəşrə SAFRUH, İşıqlı ATALI və Yolruh ATALI hazırlayıb.
Nəşr SAFRUHun “İnamın təməl harayı” başlıqlı önsözü ilə açılır.
Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışını əhatə edən əsərlərin sayı 44-dür. Artıq “Onluğ”un “Mütləqə İnam”, “Mütləqləşmək – Var olmaq”, “Görmək İnsaniliyi” və “Fəlsəfənin Təməli” bitikləri (cildləri) çap olunub.
Bildirək ki, İnam Ata 1935-ci ildə keçmiş Qazax mahalının Çaykənd kəndində müəllim ailəsində anadan olub.
1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub.
1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb.
1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev ardıcılları tərəfindən Asif Ata adlanır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır.
1982-ci ildə İnam Atanın Mütləqə İnam Ocağı dəhşətli basqılara uğrayır və qapadılır. Asif Ata işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağıdılır, yörəsindəkilər ondan uzaqlaşdırılır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir.
İnam Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışının ideyalarını gerçəkləşdirən OCAQ 34 ildir fəaliyyət göstərir.
Asif Ata 1997-ci ildə vəfat edib. Sonevi Ağstafadadır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.