Ana səhifə YENİLİKLƏR Elçin “Poz, bu sükutu” dedi…

Elçin “Poz, bu sükutu” dedi…

Müəllif: Bizim Yazı
40 baxış

Şair-publisist Elçin Mirzəbəylinin “Poz, bu sükutu” adlı yeni kitabı “Oğuz eli” nəşriyyatında işıq üzü görüb. Kitabda Elçin Mirzəbəylinin müxtəlif illərdə yazdığı şeirlər, esselər və publisistik məqalələrdən seçmələr yer alıb.
Kitaba ön sözü Azərbaycanın böyük şairi Musa Yaqub yazıb.
Xatırladaq ki, Elçin Mirzəbəylinin “İtirilmiş vaxtın adamı” adlı sonuncu kitabı 2002-ci ildə çapdan çıxıb.

Elçin Mirzəbəyli Milli Azadlıq Hərəkatının marşı olan “Azadlıq” marşının müəllifidir. “Azadlıq” marşı ilə yanaşı Elçin Mirzəbəylinin müəllifi olduğu “Dönmərik biz”, “İrəli, əsgər”, “Ey müqəddəs türk eli” adlı marşlar bu gün də Azərbaycanın Silahlı Qüvvələrində ifa olunur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.