Ana səhifə BAŞ YAZI İndiyədək 30 dilə çevrilmiş kitab artıq Azərbaycan dilində!

İndiyədək 30 dilə çevrilmiş kitab artıq Azərbaycan dilində!

Müəllif: Bizim Yazı
306 baxış

Bricit Oberin “La Mort des Bois“ detektiv ödülünü almış romanı çap edildi

“Hədəf Nəşrləri”nin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çeviri ədəbiyyatı layihəsi çərçivəsində tanınmış Fransız detektiv yazıçısı Bricit Oberin (Brigitte Aubert) dünyanın 30 dilinə çevrilmiş “Doktor Marçın dörd oğlu” çap olunub.
Kitabın çevirməni Cəlil Cavanşir, redaktoru Şəmil Sadiq, naşiri isə Müşfiq XANdır.
…Gündəlik tutan bir qatil… bu gündəliyi təsadüfən ələ keçirən xidmətçi… Gündəliyin müəllifi sayğın bir ailənin 18 yaşlı dördəmlərindən biridir. Xidmətçi isə oğurluq etdiyi üçün axtarışda olan və saxta adla sayğın ailədə xidmətçilik edən 31 yaşlı qadındır. Xidmətçi nə edəcəyini bilmir. Bir tərəfdən qatili tapmağa çalışsa da, digər tərəfdən də qaçıb uzaqlaşmağa, gördüklərini gizlətməyə çalışır. Olaylar Qatilin və Cenninin gündəlikləri əsasında inkişaf edir. Qətllər bir-birini əvəz etdikcə, Cenni qatilini gündəliyini oxumağa davam edir. Günlərin bir günü qatil Cenninin əməlindən xəbər tutur və qatillə Cenni arasında gizli, gərgin mübarizə başlayır. Ardıcıl cinayətlərin törədildiyi ABŞ-da baş verən olay oxucunu dəhşətli dərəcədə psixoloji gərginlikdə saxlayır.
Dedektivsevərlərin masaüstü kitablarından birinə çevriləcək bu kitabı nəfəs dərmədən oxumağa çalışacaqsınız.
Bəs əsil qatil kimdir? Bunu isə ən sonda biləcəksiniz…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.