Ana səhifə İCTİMAİ Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab-İstanbulda təqdimatı olacaq

Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab-İstanbulda təqdimatı olacaq

Müəllif: Bizim Yazı
545 baxış

 

Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri işıq üzü görüb.

Bizimyazı.az xəbər verir ki, bu barədə təşkilatın başqanı şair-publisist İntiqam Yaşar məlumat verib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub. “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa movzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində 14 yanvar saat 14:00-da Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimatı baş tutacaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.