Ana səhifə YENİLİKLƏR Dünya Gənc Türk Yazarlar Birliyindən Fransanın yaradıcı qurumlarına müraciət

Dünya Gənc Türk Yazarlar Birliyindən Fransanın yaradıcı qurumlarına müraciət

Müəllif: Bizim Yazı
129 baxış

Dünya Gənc Türk Yazarlar Birliyi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə görə Fransanın yaradıcı qurumlarına müraciət ünvanlayıb, müraciətdə deyilir:

“Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransanın sülh siyasətindən çox regionda sülhə mane olmaq cəhdidir. Fransa 30 il müddətində keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə düşən heç bir vəzifəni yerinə yetirmədi. Əksinə, münaqişədən əziyyət çəkmiş, 1 milyondan artıq qaçqını olan  Azərbaycan əleyhinə olan addımlardan çəkinmədi, münaqişə Azərbaycanın öz torpaqlarını azad etməsi ilə nəticələndikdən sonra da bu mənfi münasibət artan xətt üzrə davam etdi. Azərbaycan tarixən büün qonşuları ilə münasibətlərində dostluq, humanizm prinsiplərinə sadiq olmuş, regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir. Azərbaycanın münasibəti Avropa ölkələri ilə də daim artan xətt üzrə inkişaf etməkdədir.
Sizə ünvanladığımız bu müraciətin yekununda Dünya GəncTürk Yazarlar Birliyi olaraq, Fransa Senatının bu qətnaməsini qətiyyətlə pisləyir, bu kimi addımların sülhə qarşı provakasiyadan başqa bir şey olmadığını diqqətinizə çatdırırıq. Fransa Senatının bu addımına yaradıcı qurumlar olaraq, insani münasibətinizi gözləyirik.

(Müraciətin mətni Fransanın yaradıcı qurumlarına və yaradıcı şəxslərinə göndərilib)

Postulez auprès des institutions littéraires et des écrivains français !

La résolution intitulée Lchr(“39”)imposition de sanctions contre lchr(“39”)Azerbaïdjan et son retrait immédiat du territoire arménien, lchr(“39”)exigence de respecter lchr(“39”)accord de cessez-le-feu du 9 novembre 2020 et la promotion de toutes les initiatives visant à établir une paix durable entre les deux pays est une tentative dchr(“39”)entraver la paix dans la région plutôt que la politique de paix de la France. Pendant 30 ans, la France nchr(“39”)a rempli aucun de ses devoirs de pays co-président du groupe de Minsk de lchr(“39”)OSCE dans le sens du règlement de lchr(“39”)ancien conflit du Haut-Karabakh. Au contraire, il nchr(“39”)a pas hésité à prendre des mesures contre lchr(“39”)Azerbaïdjan, qui a souffert du conflit et compte plus dchr(“39”)un million de réfugiés, et cette attitude négative schr(“39”)est poursuivie de manière croissante même après que le conflit a abouti à la libération des terres azerbaïdjanaises. Historiquement, lchr(“39”)Azerbaïdjan a été fidèle aux principes dchr(“39”)amitié et dchr(“39”)humanisme dans ses relations avec tous ses voisins et a rempli tous ses devoirs pour lchr(“39”)instauration de la paix dans la région. Les relations de lchr(“39”)Azerbaïdjan avec les pays européens se développent selon une ligne toujours croissante.
Au terme de cet appel à vous, en tant quchr(“39”)Union mondiale des jeunes écrivains turcs, nous condamnons fermement cette résolution du Sénat français, et nous portons à votre attention que de telles démarches ne sont quchr(“39”)une provocation contre la paix. En tant quchr(“39”)institutions créatives, nous attendons votre attitude humaine à cette étape du Sénat français.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.