Ana səhifə TÜRK DÜNYASI DOST GƏLİŞİ BAYRAM OLAR

DOST GƏLİŞİ BAYRAM OLAR

Müəllif: Bizim Yazı
784 baxış

Türkiyədə – İstanbulda fəaliyyət göstərən Ətraf Mühitin Həmrəylik Dərnəyinin (ÇEKUD) yaradıcılarından biri dr.Hüseyn Budak Zikri ixtisasca həkim, elə İstanbulda da yaşayır. Ədəbiyyat, söz aşiqidir, xüsusən Yunus Əmrə irsini gözəl bilir.
Oktyabr ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıya gəlmişdi. Lakin həmin konfransın vaxtı dekabr ayına dəyişdiyindən Bakı və Şəki şəhərlərini gəzməyi planlaşdırdı. Təkbaşına gəzdi dolandı. Ürəyi istəyən, sorağını aldığı məkanları bir-bir ziyarət etdi. Gözəlliklərə heyranlığını da bildirməkdən çəkinmirdi, bir sözlə, Bakımıza valeh olduğunu hiss etdim. Sonra Şəkiyə getdi, təəssüf ki, qayıdanbaş görüşə bilmədim, evdəkilərə bir-iki suvenir hədiyyə göndərəcəkdim.
Bir neçə gündən sonra səyahət notlarından iki səhifəlik yazı göndərdi. Maraqlı qeydlərdir, diqqətinizə yetirmək istədim.
prof.dr. Almaz Ülvi

AZƏRBAYCANA SƏYAHƏT NOTLARI
Bakı, 17.10.2015. Şənbə
Saat 17.00 olar-olmaz Bakıya endik. Hava limanı açıq sahədə yerləşir. Xəzər dənizinə yaxındır.
Tarixi Qala divarları ilə əhatələnmiş İçərişəhərin baş tərəfində Qız Qalası var. Keşikçi qülləsi şəklindədir. Burada – İçərişəhərdə evlər daşdan tikilmişdir. Nizamlı qaydada üst-üstə tikilmiş evlər var. Dubrovnikin ikimərtəbəli evləri kimi.
Bakı, 18.10.2015. Bazar
Bir kafeyə çay içmək üçün girdim. Farfor dəmlikdə çay gətirdilər. Yanında bir şokolad ilə … . Mən bir stəkan çay içəsiydim, amma 4-5 stəkan çay içdim. Gözəl də oldu. Tarixi bir mahsendi (yeraltı məkan və ya zirzəmi kimi) bura. İçərişəhərin şimal qapısından girincə dərhal 3 – 5 pilləkənlə üzüaşağı enilən, 5 – 10 metr irəlidə, tağlı, pəncərəsi olmayan bir mahsen (yeraltı məkan və ya zirzəmi kimi).
Küçələr çox dar, üzüaşağı enişli, dar həyətli evlər. Küçə də qurtarır. Haraya gedir bəlli deyil. Enişli, dar sağa-sola dönən küçələr, çox maraqlıdır.
Bakı, 19.10.2015. Bazar ertəsi
Azərbaycan Milli Elmlər Akademiyasını ziyarət etdim. Çox gözəl bir memarlıq kompleksidir. Geniş bağçası olan bütöv bir kampusdur. Xeyli sayda böyük binalar var, eyni zamanda, minlərlə tədqiqatçı-alim də orada çalışır.
Simpozium üçün (ISEM2016) danışıqlar apardım. Müsbət qarşılandı. Bir də əslən şəkili olan Məhmət Zahid Kotku hocamızla əlaqədar məlumat toplamağa çalışıram. Şəkidən bir-iki ad (ünvan) aldım. Xeyirlisi ilə, baxaq, nələr çıxacaq. Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini prof.dr. Paşa Əlioğlu Kərimov çox məlumatlı bir şəxsdi. Məhmət Zahid Kotku hocamızın kitablarını istədi. Onun haqqında tədqiqat işi yazdıraq, – dedi. Bir də Orta Asiya hacıları, Həcc yolları haqqında söhbət etdik. Bunlarla əlaqədar kitab göndərərəm, – dedim.
Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat Muzeyini gəzdim, heyran qaldım. Eşq olsun. Kitab aldım. Arxeologiya Muzeyini gəzdim.
AMEA-dən şəhərə dönmək üçün mindiyim xalq avtobusu (şəhər nəqliyyatı) maraqlı idi. Sürücü avtobusu çox sürətli sürürdü. Bir taksi ilə öcəşdi və sonunda dayanacaqda ona ehmalca toxundu. “Əyləc tutmadı”, – dedi. Taksi sürücüsü “sərnişinlər olduğu üçün bir şey demirəm”, – dedi. Sonra başqa birisi bizim sürücüyə deyindi. O da çox hirsləndi. Çox maraqlı bir dialoq oldu.
Bakı, 20.10.2015. Çərşənbə axşamı
4-5 saatlıq bir yolçuluqla Bəxtiyar Vahabzadə və Məhmət Zahid Kotku hocamızın məmləkəti Şəkiyə gəldik. Getdiyimiz cənub yolu son dərəcə çala-çuxurlu idi.
Yamaqlı yollar. Maşın sürətlə gedə bilmirdi. Ana yoldan Şəkiyə – dağlara doğru uzanan ərazi, Nevşehir və ya Bayburt kimi boz düzlükdür.
Sonra bir vadiyə girdik. Daha gözəl bir ərazi idi, əkin-biçin əraziləri idi. Ova görünməyə başlayır. Sandım ki, buralar Şirvan vadisidir. Və sonra dağ kənarında ipəkçiliyi ilə məşhur Şəkidəyik. Yolda Yuxarı Şirvan kanalı kimi bir lövhə gördüm. Demək ki, bölgəyə Şirvan deyilir (Hanobatta).
Şəki: Bakının şimal qərbində, Gəncə yaxınlığındadır. Gəncəyə 2-3 saatlıq məsa¬fə¬dədir. Böyük Qafqaz dağlarının ətəyi, Şirvan vadisi ərazisində. 40-50 min əhalisi olan bir yer. Ruslar şəhərə Nuxa adını qoymuşlar, amma sonra bu ad yaddan çıxmışdır.
Tarixi Karvansaray və xanlıq mərkəzi olması səbəbiylə gözəl bir Xan Sarayı vardır. 1700-cü illərdə Hacı Çələbi xan tərəfindən tikdirilmişdi. 3 məscidi var, ən böyük Cümə məscidi mərkəzdədir. Biri yuxarıda Karvansaray üstündə və yol boyunda da daha bir məscid var. Cümə məscid yanında Quran kursu var. Məscidin bağçasında uşaqlar oynayırlar. Caminin mehrabı bizim Kütahya kirəmidlərindəndir. Namaz qılanlar olduqca çoxdur. Eynilə Bakıdakı ləzgi məscidində olduğu kimi. Uşaqların Quran kursunda olmasına çox sevindim.
Turizm məsləhət bürosuna getdim, qayğı göstərdilər.
Emalatxanada bir gənclə tanış oldum. Taxta suvenirlər hazırlayır. Yaraşıqlı bir gəncdir. Burada hicablı bir qızcığaz əlində kitab oxuyurdu.
Axşam kirəmidli bir restoranda Şəki pitisi və plov yedim. Plov orta ölçüdə qayıqformalı boşqabda idi. Qab yeməklə dopdolu idi. Yemekler də çox ləzzətliydi.
Axşam Bələdiyyə müxbiri Murat Nəbibəyovla görüşdüm. Məni Karvansarayda ziyarət etdi.
Bazara enərkən yolüstündəki çayxanada çay içdim və oradakılarla söhbət etdim.
Baki, 22.10.2015. Cümə axşamı
Dünən çox gözəl saraylarda birini gördüm – Şəki Xan sarayındakı incə taxta geydirmə sənət üsulu çox gözəl idi. Bu gözəlliyin öz memarının başını yeməsini düşündüm. Əgər dəqiqdirsə, daha gözəl bir saray inşa etməməsi üçün bu olay baş verib. Üst qat elçi qəbulu otağıdır – tavanında maraqlı şəkillər vardı. Şir, ceyran yanında və s. düşmənə belə mərhəmətsiz olarıq. Saray bələdçisinin verdiyi bilgiyə görə, əjdahanın ağzından çıxan nəfəs çiçəklərə şəfa olur – yəni, biz dostlara beləyik. Qarşı tərəfdə bir fiqurda qurd, ceyran birlikdə gəzir. Qurd balası da var. Saray bələdçisinin söylədiyinə görə, görünür, bu xalqın sülh rəmzidir – dincliyi ifadə edir. Prof.dr. Zəkəriyyə Əlizadə bəyi, Psixiatriya xəstəxanasının baş həkimi uz.dr. Akif Əsədullayev bəyi, bələdiyyədən jurnalist Murat Nəbibəyovu ziyarət etdim.
Xeyli ipək başörtüsü – kəlağayı aldım.
Bakıya şimaldan – Şirvan vadisindən döndük, Şamaxı üzərindən. Dönüş yolunda xeyli duman vardı.

***
Bunları danışmaq sizə, mənə və məclisimizin yaraşmaz (terroristlər üçün).

***
Xəqani demiş: Sultan mənə,
Mən yoxsullar şairi xalqaniyəm, xalqani!

Dr. Hüseyin Budak
17–22 oktyabr, 2015
İstanbul–Bakı–Şəki–Bakı–İstanbul

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.