Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi çərçivəsində nəşr olunan eyniadlı kitabın növbəti təqdimat mərasimi və yekun görüşü Bakı şəhərində Milli QHT Forumunun qərargahında baş tutub.
Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihənin rəhbəri İntiqam Yaşar layihə haqqında geniş məlumat verib layihənin məqsədindən, gənc ədiblərin yaradıcılığına bu cür layihələrin təsirlərindən bəhs edib.
Daha sonra söz layihənin eksperti, DGTYB-nin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalıya verilib. O da öz növbəsində layihənin önəmli missiyaya xidmət etdiyini, ədəbiyyatdakı nəsillərarası körpünün sağlam təməllər üzərində dayanmasına rəvac verdiyini diqqətə çatdırıb.
Tədbirdə Türkiyənin köklü ədəbiyyat təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi başqanı, şair Serhat Kabaklı çıxış edərək Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında DGTYB-nin xüsusi yol izlədiyini, bu fəaliyyətin yüksələn xətlə irəli getdiyini diqqətə çatdırıb.
Daha sonra tədbirin fəxri qonağı görkəmli Azərbaycan yazıçısı Məmməd Oruc çıxiş edərək layihə haqqında və çap olunmuş kitab barəsində fikirlərini bölüşüb, təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən yazarlardan və ictimaiyyət nümayəndələrindən AMEA-nın əmakdaşı Aynur Aydınqızı, Turan İbrahimov, Qulu Ağsəs, Vüqar Qədirov, İlqar Türkoğlu, Nadir Vəlişzadə, Ayna Səs, Rövşən Hüseynov, Rəfail Tağızadə, Şahin Ülvi, Akəm Xaqan, Gəray Göyyurd və s. çıxış edərək layihə haqqında fikirlərini bölüşüblər.
Layihə çərçivəsində çap olunmuş “Ədəbi irsimiz-ədəbi gəncliyimiz” adlı kitabda yaradıcılıq nümunələri çap olunmuş gənc yazarlardan Səddam Laçın, Şahanə Müşfiq, Əli Çağla, Banu Muharrem, Yeqzar Cəfərli və s. şeirlərini səsləndirib, layihə haqqında fikirlərini bildiriblər.
Tədbirin sonunda fəxri qonaqlara və layihə iştirakçılarına Dünya Gənc Türk Yazarlar Birliyinin təltifləri təqdim olunub. Kollektiv foto ilə tədbirə yekun vurulub.







mənsub olduğu nəsil şəcərəsi, doğulduğu mühit, yaşadığı həyat tərzi onda emosianal davranışlar formalaşdırmışdı. Əlbəttə bu sterotiplərin etimologiyasını, psixoloji köklərini araşdırmaq, yaratdığı komleksləri öyrənmək bir məqalə ilə mümkün deyil. Ancaq etiraf etməliyəm ki, yaşım artıqca Əmimin hadisələrə emosional münasibətini anlamağa başlayıram. Onun üçün ən ali davranış və ən yüksək mükafat babası Həsən bəyə layiq olmaq idi. Bəylik qüruru onun üçün çox böyük önəm daşıyırdı. Beş yaşımda məni məktəbin hazırlıq kursuna aparmasının indidə gözümün önündə canlanır. Biz otağına girdik Əmim məni gətirib adını bilmədiyim sarışın bir uşağın (Düdəngəli Əziz bəyin nəvəsi Rəşadın) yanında otuzdurdu və dedi bu Əziz bəyin nəvəsidir sənin kirvəndir onun yanında otur.Əmim bu davranışı ilə əslində həyatda kimin yanında olmaq kiminlə oturub-durmaq məsləsində ən böyük praktiki davranışı nümaiş etdirmiş oldu. Oxumağa hədsiz dərəcədə önəm verən bir şəxs idi. Kitablar iki yerə ayırırdı elmə aid olanları dərs kitabı bədii ədəbiyyatı isə eşq-məhbbət kitabı adlandırırdı. Əlində kitab görəndə soruşurdu nə kitab oxuyursan dərs yoxsa eşqi-məhəbbət? Əlbəttdə bədii ədəbiyyat oxusaq belə cürət edib ikinci kateqoriya kitab oxuduğumuzu deməzdik. Oxuyan adam gözünün işığı oxumuyanlar isə gözünün düşməni idi. Əmim heç vaxt heç kimə münasibətini gizlətməzdi. Hamı haqqında nə fikirləşirdisə çılpaqca üzünə deyirdi. Deyirlər yanlış üslüb doğru sözün cəlladıdır. Əmim də bir çox hallarda ictimai rəyi heçə sayaraq həqiqətləri özünəməxsus üslubda söyləməkdən çəkinmirdi. Əmim köhnə kişilərdən idi. O, yalan, riya bilməz, sözü üzə deyər verdiyi sözə əməl edərdi. İndi belə kişilərin sayı çox azalıb.Təəssüf…! Bu gün Əmimin doğulduğu gündür bu kiçik xatirə onun parlaq ruhuna ittihaf olunur.
Vəkilov Mustafa Əhməd bəy oğlu 31 dekabr 1934-ci ildə Dərələyəz mahalının Çivə kəndində anadan olub. Mənsub olduğu vəkilovlar nəsli Qazax-İrəvan-Şərur-Dərələyəz qəzalarında məskunlaşmaqla ərazidə böyük mülk sahibləri olmaqla Azərbaycan xalqına böyük şəxsiyyətlər bəxş etmişdir. M.Vəkilov Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı Həsənalı Sultan Vəkilovun ailəsindəndir. Araşdırmaçı alim Nazir Əhmədlinin, fransız əsilli rus səyyahı İvan İvanoviç Şopenin siyahıyalması əsasında hazırladığı “Dərələyəz mahalının kameral təsviri” adlı kitabından götürlmüş məlumata əsasən Şərur-Dərələyəz qəzasının onlarla kəndi o cümlədən Çivə, Axura, Yaycı, Yuxarı Danzik, Aşağı Danzik, Dostəlibəy Dizə, Həmzəli Dizə, Heşin, Ertiş, Kəllətağ, Havuş, Bəydərə, Mərətüz qışlağı kəndi, Qortun, Muğancıq kəndləri Vəkilovlara məxsus olmuşdur. Mustafa Vəkilovun mənsub olduğu ailənin şəxsi mülkləri Sovet hakmiyəti qurulduqdan sonra əllərindən alınıb kolxozun mülkiyyətinə qatılıb. Onlar babası Həsən bəy Vəkilovun meyvə saxlanan zirzəmisində məskunlaşmalı olublar. 1940-cı ilədək bəy ailəsi olduqları üçün ağır vergilər tətbiq edilməsinə baxmayara Çivədə kolxozda işləməyə buraxılmayıblar. Yalnız 1940-cı ildə Kolxoza işləməyə cəlb ediliblər. Mustafa Vəkilov kiçik yaşlarında Çivə kəndində kolxozda hodaxlıq (əkin sahəsində cütçü sürən şəxsin köməkçisi) edib, bir müddət fermada işləyib. Böyük qardaşı İsa Vəkilov və ortancıl qardaşı Musa ilə birlikdə bolşevik zülmündən qurtarmaq üçün Şərur rayonun Arbatan kəndində (bacıları Sidiqə xanım orada yaşayırmış) qaçaraq oradan İran üzərindən Türkiyə keçmək istəyiblər lakin alınmayıb.
İlk ibtidai təhsilini Çivə kəndində alıb. 1942/1947-ci ildə Çivədə 5-ci sinifi bitirib. 1951-ci ilin oktyabar ayında Şərur (Noraşın) dəmiryolu statnsiyasından yük vaqonları ilə birlikdə deportasiya edilərək əvvəlcə Yevlağ stansiyasına oradan sonra Bərdə rayonunun İmirli kəndinə gəliblar. 1951-1953-cü illərdə İmirlidə yaşayıblar. Yerli iqlimə uyğunlaşa bilmədikləri üçün 1953-cü ildə anası Şəhrəbanu Həsən bəy qızı Vəkilova ilə bilikdə yenidən Çivə kəndinə qayıdıb. Çivə kəndinə qayıtdıqdan sonra vaxtıilə qaldıqları evə yenidən yığışıblar. (Bu məsələdə kənd sakini Mikayıl Tənfəyev ona dəstək olub). Ermənilər həmin vaxtı köhnə evlərinin bir hissəsində arı saxlayırmışlar, bir müddətdən sonra arılar bal toplamaq üçün çıxanda ermənilərin məskunlaşdığı yeri bağlayıb erməniləri qoymayıb. 1955/1958-ci illərdə Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1959-cu ildə Şərur rayonun Danzik kəndindən olan Hüseynova Zeynəb Əli qızı ilə nigaha girib. 1968-ci ilə kimi təzyiqlərə baxmayaraq Çivə kəndində yaşayıblar. 1968-ci ildə böyük oğlu Əhməd Vəkilovu Çivə kəndində ibtidai sinifə qəbul etmədiklərinə görə yenidən Bərdə rayonunun İmirli kəndində köçüblər İmirli kəndində bir müddət dəyirmanı işlədib, qəssəblik edib. Kolxozun anbarında gözətçi kimi çalışıb.İkimininci illərdən Bakı şəhərinə köçüb. 25 may 2025-cü ildə Bakı şəhərində dünyasını dəyişib. Ruhu şad, məkanı cənnət olsun!


