YAZILAR
Afaq ŞIXLI
Şair Mustafa Rasimoğlunun 50-ci doğum gününə!
Son iki il çox əlamətdar bir il olub mənim üçün. Çünki bu il, ona yaxın dəyərli şəxsiyyətin, qələm dostumun, şeirinə, sözünə hörmət etdiyim insanın yubiley tədbirlərində iştirak etmək, eləcə də, onların haqqında ürək sözlərimi yazmaq şərəfinə nail olmuşam:
Elmira Axundova
Millət vəkili, Əməkdar jurnalist
Bu yaxınlarda qonşum Mahir Qabiloğlu mənə müxtəlif vaxtlarda müxtəlif nəşrlərdə dərc olunmuş publisist yazılarının toplandığı kitabını hədiyyə etdi. “Ərmən – Şuşanikin sevgisi” adlı bu kitabı necə deyərlər, birnəfəsə oxuyub təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim.
Azərbaycanın dövlət müstəqilliyi qazanmasının 20-ci il dönümü ilə bağlı Türkiyənin Ərzurum şəhərində 02-04 aralıq ayı tarixlərində düzənlənmiş “Bir ürəkdə iki can. Türkiyə-Azərbaycan” başlıqlı Uluslararası toplantı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi və Aziziyyə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Ərzurum şair və ozanları gecəsi”ndə iştirak edənlərin sırasında mən də var idim. Tədbir öncəsi və tədbirdən sonra Ərzurumda yaşayan ünlü şair qardaşlarımız Hanifi İspirli, Rıdvan Canım, Mehmet Yaşar Genc ilə yaxından tanış olduq.
Fəridə HİCRAN ( Fəridə Talıb qızı Vəliyeva),
Filologiya üzrə fəlsəfə doktoru
Bəlli olduğu kimi, ədəbi əsərlər bəzən onu yaradan xalqın adət və ənənələrindən qidalanırlar. Bu faydalanma yazıçıdan yazıçıya dəyişdiyi kimi, onların istifadə etdikləri materialların xarakteri də dəyişir. Bu xarakter folklor materiallarından necə ve nə qədər istifadə edilməsindən asılıdır. Türkiyəli araşdırmaçı G. Atnurun fikrincə, “ədəbi əsərlərdə xüsusən xalq ədəbiyyatı növlərinin (nağıll, mif, əfsanə, dastan, türkü, hekayə v. s.) daha sıx istifadə edildiyi söylənə bilər” (2). Bu baxımdan tanınmış tatar şairi Abdulla Tukayın şerləri də istisna deyildir.
Üç gün öncə yazmışdım: “Yazılı mətbuatdan fərqli olaraq, virtual aləmdəki “reket”lərə nəzarət etmək daha çətindir. Çünki onların daimi oturduqları redaksiya yoxdur, telefonlarına isə adətən “zəng çatmır”. Bu adamların mövcudluğundan əsasən şantaj etdikləri şəxslər xəbər tuturlar. Heç birimiz onların “qurbanına” çevrilməkdən sığortlanmamışıq. Təəssüf ki, 10-12 il öncə yazılı mətbuatı nüfuzdan salan adamlar indi də elektron KİV-ləri gözdən salmaqla məşğuldur”.
Cavid ŞÜKÜROV
İlk dəfə əllərindən tutmaq – vidalaşmaqçün… Paradoksa bax, Sən Allah. Paradoksdan boluq biz. Maşallahı var, Vallah. Məsələn, biri də: ən sevdiyim mənə ən uzaq olandı… Daha biri: mənə ən çox uyan əks tərəfdə dayanandı. Hər şey öncədən yanlış idi yəqin. Eşqlər iki nəfərlikdi, axı. Bizim münasibətsə biri ölüb ikincisi sağ qalan əkiz uşaqlar kimidi. Həm əkizdi, həm tək… Biz doğulmamışdan öncə “biz” “mən”lərə, “sən”lərə bölünübmüş bəlkə də… Keçmiş haqqında, alınmayanlar haqqında “bəlkə”siz danışmaq olmur. “Bəlkə də”… Ağır sözdü…




