Aynurə Niyaz qızı PAŞAYEVA – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi doktorantı
Açar sözlər: Əziz Alpoud, memuar roman, mühacirət, müxalif.
Azərbaycan siyasi mühacirət tarixinin 1928-1934-cü illər mərhələsi daxili ixtilaflarla olduqca zəngin bir dövrdür. Milli istiqlal uğrunda mübarizədə mühacirlər arasındakı qərəzli subyektiv münasibətlər, təəssüf hissi doğuran fikir ziddiyyətləri Azərbaycan mühacirət ədəbiyyatında da öz əksini tapmışdı.

