Türkmen yazılı edebiyatının kurucusu sayılan Mahtumkulu dünyada az şaire nasip olan halkıyla bütünleşmiş bir milli şairdir. XVIII. yüzyılda yaşamış olan Mahtumkulu XXI. yüzyılda da Türkmenler için önemini ve değerini korumaktadır. Türkmenistan, Afganistan, Türkiye ve İran gibi dünyanın birçok ülkesine yayılmış olan tüm Türkmen boyları için aynı derecede önemlidir. Bu sebeple Türkmenlerin ortak değeri ve birleştirici unsurudur. Böyle halka mal olmuş bir şairlere sadece Türk halkları değil, dünya halkları arasında da ender rastlanır.
TÜRK DÜNYASI
Türkiyənin “Yapı Kredi” bankının nəşriyyatı ünlü yazar Səməd Ağaoğlunun “İlk köşə” və “Həyat bir macəradır” adlı kitablarını çapdan çıxarıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, S.Ağaoğlunun bütün əsərlərinin çap səlahiyyəti Türkiyənin ən böyük nəşriyyatı sayılan “Yapı Kredi” bankının nəşriyyatındadır.
Bişkəkdə Çingiz Aytmatovun xatirəsinə Şeir Şöləni düzənlənəcək
Türkiyə prezidentinin himayəsi, Qırğız prezidentinin iştirakı ilə keçiriləcək Şöləndə Azərbaycan yazaraları da iştirak edəcək
Mayın 28-dən iynunun 2-dək Qırğız Respublikasında Türkçənin Uluslararası Şer Şöləni keçiriləcək. Sayca onuncu dəfə keçirilən şölən, Türkiyə prezidenti Abdullah Gülün dəstəyi ilə paytaxt Bişkəkdə baş tutacaq.
Bu il aprelin 25-26-da Qazaxıstanın paytaxtı Astanada Prezident Nursultan Nazarbayevin qızı, deputat Dəriğə Nazarbayevanın başçılıq etdiyi Avrasiya Media Forumunun 11-ci toplantısı keçiriləcək. Dünyanın bir çox ölkələrindən siyasət, biznes və media adamlarının qatılacağı toplantıya Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun başqanı Umud Rəhimoğlu ilə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) başqanı Azər Həsrət də dəvət edilib.
Monqolustanın şimalında yaşayan , maralçılıqla məşğul olaraq köçəri həyat sürən Türk tayfası Duhalar , Türk dillərinin Sibir qolunda Sayan qrupuna aid bir dildə danışmaqdadırlar. YUNESKO (UNESCO)-nun yayımladığı təhlükə altında olan dillər atlasında Duhaların dili “ciddi şəkildə təhlükə altında olan dil ” kimi göstərilmişdir.
Turanın bozkır ruhunun melodik harmoniyası
Nilufər Sarıtaşın ifasındakı türkülərin ruhunun meloman dəyərlərinin sirri bundadır. Anadolu və onun çevrəsində mövcud olan mədəniyyətin ruhunun bir neçə çaları mövcuddur. Ancaq min ildir bölgənin bütün toplumlarını bir araya gətirən, uzlaşdıran tək mədəni dəyər Səlcuqlu dönəmindən bu günlərə qədər yaşanan və böyük bir qavrama çevrilən türkün Bozkır Mədəni İrsinin akademizm səviyyəsində olmasıdır.
21-24 mart 2013 tarixində Türkiyə Cumhuriyyətinin Muğlaya bağlı Fəthiyə ilçəsində böyük bir Türk qurultayı keçirildi. Fəthiyə Bələdiyyəsi və Xalq Kültürü Araşdırmalar Qurumunun işbirliyi ilə təşkil olunan IV Uluslararası Türk Dünyası Kültür Qurultayı Fəthiyədə başladı və 4 gün davam edən bu qurultayda 24 ölkədən 100-dən artıq elm adamı iştirak etdi. Qurultay Novruz bayramı kutlamasıyla başladı.
Yaz bayramının bilinən ən qədim qeyd olunma tarixi Ön Asiya xalqlarından qutilər və lulubilərin dönəminə aiddir. Mesopotomiyanın sirli xalqı şumerlər bu bayramı Akitil (“til” yaşamaq, yenidən doğmaq anlamını ifadə edir) adı altında qeyd edib.
“Nə üçün ermənilərlə bağlı gerçəklər deyilməsin? Hər baxımdan. Gəlin çıxaq, deyək: kimdir ermənilər…”
Mark Bristol, ABŞ Yüksək komissarı
“Xocalıda yalnız ölülər qaldı” – deyə döyüşkən səsilə “Moskovskie novosti” dünyaya soraq yaydı. Xatınla, ya da Sonqmi ilə hər hansı tutuşdurma yersizdir: onlarda cəza verənlər köməksiz insanların baş dərisindən, qulaqlarından kolleksiya yığmırdılar, onları eləcə öldürürdülər (Ю.А.Помпеев. Кровавый омут Карабаха)
DGTYB “Gəldik, gördük, yazdıq” adlı yeni kitabın təqdimatını keçirdi
29 yanvar 2013-cü ildə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə işıq üzü görmüş “Gəldik, gördük, yazdıq” kitabın təqdimatı və eyni adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən DGTYB başqanı Əkbər Qoşalı deyib ki, 5 ay boyunca davam edən layihə çərçivəsində onlarla məqalə, informasiya, fikir, rəy yayınlanıb və onların ən önəmliləri kitab şəklində nəşr edilib.




