Aynurə N. PAŞAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
kiçik elmi işçisi
Qəbələ Azərbaycanda turizm mədəniyyətinin ən yüksək inkişaf elədiyi bölgələrdən biridir. Hər il minlərlə turist Qəbələnin əsrarəngiz təbiətini seyr etmək üçün bu əraziyə səfər edir. Qəbələ miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eranın I əsrindən etibarən yazılı qaynaqlarda adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı burada yerləşib.

