Bu gün “Əbədi Sevgi – Vətən” layihəsi çərçivəsində şəhid və gənc qazilərin şeirlərindən ibarət eyni adlı kitabın tədimat mərasimi baş tutub.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən təqdimat mərasimində yazıçı qazilər, şairlər, həmçinin şəhid ailələri iştirak edib.
Qeyd edək ki, layihə müddətində tanınmış 3 yazıçı – Kamal Abdulla, Çingiz Abdullayev və Varis Yolçuyev ilə görüş keçirilmiş və son olaraq kitab çap olunmuşdur.
Əbədi Sevgi – Vətən layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən həyata keçirilib.n Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən həyata keçirilib.
















Özbəkistan mədəni-ictimai həyatının əsas simalarından olan Xasiyət Rüstəmin 50 illik yubileyi ilə bağlı virtual konfransı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva giriş sözü ilə açıq elan edib.
Gənc yazar, Dünya Gənc Türk Yazarları Birliyinin başqanı İntiqam Yaşarın moderatorluğu ilə keçirilən virtual görüşün əsas leymotivini də özbək şairənin Azərbaycana olan tükənməz sevdası və bu bağlılığın onun ictimai-ədəbi yaradıcılığına yansıtması olub.
Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Xasiyət xanımın bəzi bilinməyən müsbət tərəflərini də sadalayıb. Mərkəz rəhbəri bizi Qarabağa qovuşduran Vətən Müharibəsi dönəmində Xasiyət xanımın Azərbaycana nə dərəcədə bağlı olduğundan ürəkdolusu söz açıb. Yubilyarın 44 günlük Vətən müharibəsi dövründə Nobel mükafatçılarını təşviq edərək Azərbaycan mənafeyi üçün məktublar yazdırması hadisəsindən məmnunluqla bəhs edib.