ÇAĞRI

Müəllif: Bizim Yazı
432 baxış

2012-ci martın 10-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mərhum el şairi Cavan ALAYın anadan olmasının 70 illiyi ilə bağlı ədəbi-bədii gecə keçiriləcək. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə keçiriləcək gecədə ustad və gənc aşıqlar, tanınmış müğənnilər, yazıçı və şairlər, millət vəkilləri, filoloq alimlər çıxış edəcək.

Qeyd edək ki, yubiley münasibəti ilə mərhum şairin şeirlərinin, haqqında bilgilərin və fotoların toplandığı kitab “Tovuzlu Alayı tanı” adı ilə nəfis şəkildə nəşr olunub. Kitabın redaktoru və ön söz müəllifi xalq şairi Zəlimxan Yaqub, rəyçisi professor Nəsir Əhmədli, rəssamı Məmməd Dəmirçioğludur.

Cavan Alay aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tuturdu. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış, el-obanın böyük hörmətini qazanmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. Təsadüfi deyil ki, el şairinin Tovuz rayonunda 65 illiyi ilə bağlı keçirilmiş təntənəli tədbir, iştirakçılarının heç vaxt unutmayacağı bir mədəniyyət hadisəsinə çevrilib.

Yubiley gecəsinə giriş pulsuzdur. Tədbir saat 19.00-da başlayır. Aşıq poeziyası ilə, Cavan Alayın yaradıcılığı ilə maraqlanan hər kəs, mətbuat nümayəndələri dəvətlidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.