Ana səhifə BAŞ YAZI ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATINDA ULTRA ORJINAL YAZIÇI YOXDUR

ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATINDA ULTRA ORJINAL YAZIÇI YOXDUR

Müəllif: Bizim Yazı
39 baxış

Divanə Ozan Təklə (Ağayar Xələf oglu) – müstəqil yazıçı

“Sağalmaq sağalmamaq tərəfdədi” silsiləsindən

İçəridəki göy gurultusuna ithaf edirəm

(Gənc yazar Cavidanın mətbuatda getmiş “Özümü nəsrdə daha yaxşı sevirəm” sərlövhəli müsahibəsi üzərinə)

Külli kainata – orada, içəridə önəmli və önəmsiz, məsafə və məsafəsizliklərə çəkili və çəkisiz hər şey təsir edir. Ən pisi budur? Bəlkə ən yaxşısı budur. Bilmirım, heç nə bilmirəm. Qəmgin görünmək kədərli görünmək deyil. Yoldan ötən (ədəbi) yuxuya gedib yoxsa? Səssiz-səmirsiz yoxa çıxmaq suya girməkdi. Həmişə bu haqda (nəsr haqda) düşünmək cansız müqəvvalar haqda düşünə-düşünə yaşamaqdı. Bədbəxtlik nə vaxt baş verəcək? Yəqin iş-işdən keçəndən sonra. Sadəlövh ruha sahib olub xoşbəxt olanlar da var. Kilidlənmiş qapılardan içəridə (yazıçının içərisində) izdiham var. Burada şam da sönüb. Lap yavaş-yavaş. Kövrək şüşələrə analar yaxınlaşanda qırışlı ovuclarda qeyri-adi nələrsə baş verəndə bir həqiqətə(nəsrə) böyük agrı əlini açanda heç nə deməyin. Qara xəbər qızçiçəklərini dərəndə burada dayanıb baxın. Heç nəyə cürət eləməyin.Sabah, ələlxüsus sabah nə baş verəcəyini mən bilirəm.Sakit hönkürtülərdə nəsə axtaran adamı ovutmağa çalışmayın. İndicə qışqıranda hamı baxacaq – çıxılmazlıq geri çəkilməyəcək. Kimsə deyəcək:
– Mən içəri girmək istəyirəm.
Hamı donub qalacaq, kimsə hər şeyi birdən deyəcək. Harada olduğunuzu eşitmək, kiminsə sığınacaqda çörək və su tapmağıdı. Onda səltənət süquta uğramır. Gözlərini yumanda danışmaq asan olur. Dənizə tərəf gedəndə biləcəksiniz ki, heç vaxt burada olmamısınız. Yuxarı baxmayın. Heç nə görməyəcəksiniz. Yaman çox yatmışıq. Anam, çox yatmışıq. Saatın çaqqıltısına qulaq asmayın. Hər şeyi tanımağa başlayanda xatirələr olmayacaq. Sağalmağa vaxt qalmayacaq:
– Sağalmaq ha tərəfdədi?
Sağalmaq sağalmamaq tərəfdədi.
Gəlin sağalmaq haqda düşünməyək.
o…o…o… kiminsə olmamağı səslərin titrəməsindən bilinəcək. Nə isə dəyişəcək?
Dəyişən göydə olacaq yoxsa yerdə?
Yer bəlkə elə Göydü?
Sizə nə olub ? Qan damarına mane olan nədir?
İlahi cəhətləri qeyri-ciddi tapanda kiməsə (oxucuya) yazığınız gəlsin.
Boğulma tutanda şüşədən kuzə düzəlməyilə  qəlbdolusu söz- söhbət milçəkdən fil düzəlməyi böyük məsələ deyil. Bu daha da pisdir.
Tutmalar tutanda dərinlikdən əsər-əlamət yox. Bu açıq söhbətdə çarxın cırıltı səsi gəlmir axı? Bu hansı planetdi? Hər şey proqramlaşıb deyəsən. Nəsr (yazmaq) proqrqmlaşmayıb.
Cənnəti görüb sevinməyin.Cənnət yaxşıdi yoxsa cəhənnəm?
Nəsr yazmaq başqa adama (yazıçıya) çevrilməkdi. Bizim nasirlər şöhrətpərəstlikdən xali deyil həm də.
Özünüz öz yazdıqlarınızdan havalanmısınızmı? Nəsr yazmaq manerası keçib getməlidirmi?
Azərbaycan nəsri özünəxas düşüncədən ha tərəfdədi? Bu yerdə İsa Muğanna istisnadır. O öz bildiyi kimi yazır nəsri. Yazdıqlarının üstündən xətt çəkib gedir. Bu yeganə variantdır.
Önəmli və önəmsiz xırdalıqların nədən yarandığını sən bilirsənmi, şeh? Bəlkə sən bilirsən, kölgə?
Nəsr yazanda forma və üslub, formasızlıq və üslubsuzluq anlayışlarından xilas olmaq lazımdır.
Yazı hipnoza hopmursa mən onu qəbul eləmirəm.
Bizdə uzun növbədir. Hamı nəsr yazır. Hamı hamı kimi yazır. Bu sağalmaz qızdırma xəstəliyi kimidir. Sübhü gözləmək yeganə cavab deyil. “Yox”- deməyənlər qələmi qırmayanda məsələ elə ondadı.

…Ədəbi anons:
– Çağdaş Azərbaycan ədəbiyyatı kassa romanlarından nə vaxt qurtulacaq?
– Ədəbi tənqid nə vaxt özünəxas xüsusiyyətləri ilə diqqət çəkəcək.?!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.