Ana səhifə İCTİMAİ Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi

Müəllif: Bizim Yazı
352 baxış

Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar ölkədə elan olunmuş ümummilli matəm səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib. Bununla Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikasına və qardaş türk xalqına həmrəylik mesajı verilib.
Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu hadisənin meydana gəldiyi ilk saatlardan etibarən bəyanat yaymışdır.
Bəyanatda deyilir: “Can Türkiyəmizdə, episentri Kahramanmaraş şəhərində yerləşən güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir.
Fond dağıntılar altında qalan vətəndaşların sağ-salamat xilas edilməsini arzulayır, lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirir.
Dualarımız qardaş və bacılarımızladır…”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.