Ana səhifə İCTİMAİ Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Rumıniya ilə əməkdaşlığı genişləndirir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Rumıniya ilə əməkdaşlığı genişləndirir

Müəllif: Bizim Yazı
237 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Rumıniya ilə əməkdaşlığı genişləndirir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Rumıniyanın Müsəlman icmasının müftisi Murat Iusuf, Rumıniya Parlamentinin üzvü, Parlamentdəki Tatar icmasının nümayəndəsi Amet Varol və Rumıniyanın Türk-Müsəlman Tatarlarının Demokratik Birliyinin vitse-prezidenti Arslan Özgün ilə görüşüb. Görüşdə həmçinin Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare iştirak edib.

Görüşdə Günay Əfəndiyeva Fondun üzv və müşahidəçi dövlətlərini əhatə edən fəaliyyəti ilə yanaşı, müxtəlif ölkələrdə yaşayan türk kökənli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələrindən bəhs edib. Təşkilatın fərqli mədəniyyətləri və xalqları bir araya gətirən missiyasına diqqət çəkən Fondun prezidenti tatarların sıx məskunlaşdığı Litva və Polşa ilə davam edən uğurlu əməkdaşlıq barədə danışıb. Günay Əfəndiyeva, həmçinin, Rumıniyada yaşayan tatarların da qədim mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasının vacibliyinə toxunub .

Rumın nümayəndə heyətinin üzvləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edərək, ölkədə yaşayan tatarlar da daxil olmaqla, bütün milli azlıqların hüquqlarının və mənəvi dəyərlərinin qorunmasına yönəlmiş dövlət sisteminin mövcud olduğu barədə ətraflı məlumat veriblər. Qarşı tərəf Fond ilə bu sahədə təcrübə mübadiləsinin aparılması və gələcəkdə ikitərəfli əməkdaşlığın çərçivəsini yaradacaq Anlaşma Memorandumunun imzalanması imkanlarından söz açıb.

Bununla yanaşı, görüşdə iki tərəf arasında tərəfdaşlığın digər istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında söhbət aparılıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.