Ana səhifə İCTİMAİ Bakı Qızlar Universitetində Zəfər Günü qeyd edilib

Bakı Qızlar Universitetində Zəfər Günü qeyd edilib

Müəllif: Bizim Yazı
176 baxış

7 noyabr 2023-cü ildə Bakı Qızlar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Giriş nitqi və təbrik üçün söz Bakı Qızlar Universitetinin rektoru pedaqogika üzrə elmlər doktoru, professor Sevinc xanım Rəhimovaya verildi. Rektor tədbir iştirakçılarını və şəhid Sahil Şirinovun anası Şəhla xanımı salamlayaraq Zəfər gününün xalqımız üçün dəyərindən söz açdı, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Sonra söz Tarix kafedrasının müdiri, dosent Əzizağa Ələkbərliyə verildi. O, çıxışında bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsində əvəzsiz rolu olan qəhrəman oğullarımızın anaları qarşısında hər zaman mənəvi borcluyuq, eyni zamanda tariximizi, yaşantılarımızı heç vaxt unutmamalıyıq. Tədbirdə şəhid Sahil Şirinovla bağlı tələblərin hazırladığı videoçarxı izlədikdən sonra söz şəhidin anası Şəhla xanıma verildi. Şəhla ana bütün şəhid analarının bir arzusu olduğunu bildirib: şəhidlər unudulmasın. Universitetdə belə bir önəmli tədbirdə oğlunun da xatirəsinin yada salındığına görə təşəkkürünü çatdırdı. Sonra tələbələr Əzizova Sevinc və Şıxəliyeva Arzu çıxış edərək Zəfər Gününün tarixindən və əhəmiyyətindən danışdılar. Tədbir Bakı Qızlar Universitetinin rəqs, bədii qiraət və xor kollektivlərinin çıxışları ilə davam etdi. Sonda rektor, professor-müəllim heyəti və tələbələr şəhid anası ilə birlikdə xatirə şəkilləri çəkdirdilər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.