Ana səhifə KateqoriyasızƏDƏBİYYAT Azərbaycanlı şairin Türkiyədə kitabı nəşr olunub

Azərbaycanlı şairin Türkiyədə kitabı nəşr olunub

Müəllif: Bizim Yazı
423 baxış

Azərbaycanlı şairin Türkiyədə kitabı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüd Fondunun təqaüdçüsü, müxtəlif beynəlxalq şeir müsabiqələrinin qalibi, tanınmış şair Rəsmiyyə Sabirin Türkiyənin paytaxtı Ankara şəhərində yeni – “Yerlə göy arasında” şeirlər kitabı nəşr olunub. Kitab, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin 40234 saylı yayın sertifikatı ilə Kərkük Kültür Dərnəyi tərəfindən nəşr olunmuşdur. Kitabın Ön söz yazarı və redaktoru Kərkük Kültür Dərnəyinin sədri tanınmış yazar, jurnalist, tədqiqatçı Şəmsəddin Kuzəçidir. Kitabda şairin Allah, Vətən, ana, torpaq, sevgi mövzularında müxtəlif illərdə qələmə aldığı şeirlər yer almışdır. “Yerlə göy arasında” kitabı Rəsmiyyə Sabirin sayca səkkizinci, Türkiyədə isə nəşr olunan ikinci kitabıdır. Rəsmiyyə Sabirin 2011-ci ildə də Türkiyədə “Sahilsiz adam” şeirlər kitabı yayınlanıb.

Bizimyazi.az

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.